sitename

İrəvanın qorxulu röyası - Azərbaycan işğalçını Türk silahları ilə vuracaq


Ankaranın Suriyada tətbiq etdiyi uğurlu hərbi taktika, Bakının yeni diplomatik həmləsi düşmən ölkədə təlaşı ikiqat artırıb; erməni hərbi ekspert: “Azərbaycanın müharibəyə başlaması üçün əlverişli şərtlər yetişib...”


Təcavüzkar Ermənistanın ədalətli sülhdən boyun qaçırması Qarabağda antiterror əməliyyatını hər gün daha qaçılmaz edir. Sözsüz ki, on illərdir aparılan sülh danışıqlarının səmərəsizliyinə əmin olan Azərbaycan hansısa “X günü”ndə savaş qərarı verməli olacaq.

Bunu işğalçı ölkədə yaxşı bilirlər. Onu da bilirlər ki, Azərbaycan Ordusu düşmənə qarşı bu dəfə həm də NATO üzvü, 1 nömrəli hərbi-strateji müttəfiqimiz Türkiyənin zəngin döyüş təcrübəsindən gen-bol yararlanacaq. Təkcə bu da deyil.       
“Azərbaycan tərəfi Qarabağda vəziyyətin kəskinləşəcəyi təqdirdə erməni ordusuna qarşı Türkiyənin müasir zərbə təyyarələri və pilotsuz aparatlarından istifadə edəcək. Bu, həmin təyyarələrdir ki, Suriyada Türkiyənin rəqiblərini məhv edib”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri tanınmış erməni hərbi eksperti Vitali Manqasaryan İrəvandakı brifinqdə deyib. Onun sözlərinə görə, başqa məqamları da nəzərə almaqla, ermənilər situasiyanın istənilən inkişaf variantına hazır olmalıdır. “Azərbaycanın müharibəyə başlaması üçün əlverişli şərtlər yaranıb. Ordu, cəmiyyət məhz buna görə hazır olmalıdır. Dünya Suriyada olduqca uğurlu hərbi əməliyyatlar aparan Türkiyə təyyarələrindən danışır”, - deyə Manqasaryan həyəcanla qeyd edib. 
Türk SİA=ları ile ilgili görsel sonucu
Ermənilərin təlaşı, əlbəttə, əsaslıdır. Çünki Azərbaycanla Türkiyə “bir millətin iki dövləti” olduğu üçün ordumuz ın qısa zamanda Türkiyə istehsalı olan PUA-ları və pilotsuz zərbə təyyarələri ilə təchiz ediləcək. Buna qarşı heç bir hüquqi əngəl yoxdur. İki dövlət arasında hərbi-texniki əməkdaşlıq onsuz da yüksək səviyyədədir. Bu əməkdaşlıq xüsusən də “kiçik torpaq” Naxçıvanda özünü qabarıq şəkildə göstərir. Məsələn, burada yerləşdirilən və Türkiyə istehsalı olan “Qasırğa” zenit-raket kompleksi cəmi 45-50 kilometrlik məsafədə olan düşmən paytaxtını - İrəvanı asanlıqla vurmaq itqidarındadır.

Azərbaycan qardaş dövlətlə PUA və pilotsuz döyüş təyyarələrinin də birgə istehsalını qura bilər. Özü də bu, İsrail PUA-ları ilə müqayisədə qat-qat ucuz başa gələcək. Eyni zamanda, Türkiyənin büdcəsi zənginləşmiş olacaq. Xatırladaq ki, ötən ay Azərbaycan prezidenti İlham Əliyev Bakıda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra bəyan eləmişdi ki, tərəflər birgə silah istehsalı ilə bağlı müzakirə aparıb. Səfər zamanı Bakıda həmçinin iki dövlət arasında hərbi və hərb-maliyyə sahələri üzrə müqavilələr imzalanıb. Hərbi analitiklərə görə, bu, ikitərəfli hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq. Erməni tərəfini təlaşlandıran həm də budur.

İşğalçı Ermənistanın yuxusunu ən çox qaçıran isə Azərbaycanın Türkiyə hesabına daha modern, daha döyüşkən və məğlubedilməz orduya sahiblənəcəyindən yanadır. Buradaca onu da yada salaq ki, Türkiyə PUA-ları və zərbə təyyarələri radarlardan uğurla yayına və dağlıq ərazilərdə yüksək dəqiqliklə düşmənin hərbi texnika vahidlərini və canlı qüvvəsini, qərargahlarını məhv edə bilir. Strateji yüksəkliklərin əksəriyyətinin ermənilərin əlində olduğu Qarabağda antiterror əməliyyatı zamanı bütün bu üstünlüklər həlledici önəm daşıyacaq.
Türk SİA=ları ile ilgili görsel sonucu
Bu da hamısı deyil. Son zamanlar Azərbaycanın Dağlıq Qarabağ məsələsində diplomatik fəallığı xeyli artırması da Ermənistanda təlaş doğurub. Söhbət özəlliklə Qarabağın azərbaycanlı icmasının rəhbəri postuna gənc və fəal diplomat Tural Gəncəliyevin təyin edilməsindən, ardınca onun həmsədr dövlətlərə uğurlu xarici səfərlər eləməsindən, nəhayət, fevralın 9-da işğal altındakı Xankəndi seçki dairəsindən deputat seçilməsindən gedir.

“Son aylar gedən proseslərin inkişafı bütünlüklə sübut edir ki, Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır. Ermənistan hakimiyyəti isə müxalifətə qarşı müharibə aparır”.

“Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, politoloq David Şahnazaryan söyləyib. O, həmçinin son vaxtlar Dağlıq Qarabağın azərbaycanlı icmasının artan rolundan danışıb və icmanın rəhbəri Tural Gəncəliyevin işğal altındakı Xankəndindən majoritar sistemlə deputat seçilməsini xatırladıb.
David Şahnazaryan ile ilgili görsel sonucu
David Şahnazaryan 

“Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmsədr dövlətlərin səfirləri, ATƏT sədrinin şəxsi nümayəndəsi bu statusda (Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri kimi - ”YM") onunla görüşür, onu təbrik edirlərsə, onda belə çıxır, onlar Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi sayırlar - buradan çıxan bütün nəticələrlə birgə. Biz bunu görsək də, görməsək də, bu - reallıqdır. Yəni həmin ölkələr öz mövqelərini ortaya qoyub, əks-arqumentlər yoxdur", - deyə Şahnazaryan əlavə edib.
Tural Gəncəliyev ile ilgili görsel sonucu
“Yeni Müsavat” xatırladır ki, Tural Gəncəliyev deputat seçiləndən sonra ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirləri ayrı-ayrılıqda onunla görüşüb, icma rəhbərini deputat mandatı qazanması münasibətilə təbrik ediblər. T.Gəncəliyev bir daha Azərbaycanın konfliktin dinc yolla və ədalətli həllinə tərəfdar olduğunu, azərbaycanlı icmanın erməni icması ilə birgə, Azərbaycan qanunları çərçivəsində dinc-yanaşı yaşamağa hazır olduğunu diplomatların diqqətinə çatdırıb. Bundan əvvəl isə Minsk Qrupunun həmsədrləri regiona səfər zamanı Bakıda onunla görüşmüşdülər... 

Azerbaycanrealligi.com   


Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 452
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 191
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 854
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 849
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar