Ermənistanda terror ruzigarı - Putin ölümlə hədələndi

07, 03, 20
10:47

Ermənistanda terror ruzigarı - Putin ölümlə hədələndi


Paşinyana yaxın silahlı qruplaşmadan Gümrüdə rus çarına abidə qoyulmasına qəzəbli reaksiya; baş nazir Moskvaya mütilikdə suçlanır; “inqilab” rəhbəri çarpaz təzyiq altında...


Ermənistanın baş naziri, Moskvanın gizli qərbyönlü saydığı Nikol Paşinyanın Kremllə əlaqələri hələ də istiləşdirə bilməməsi haqda yazmışıq. Paşinyan iki ildir hakimiyyətdə olmasına baxmayaraq və inqilab öncəsi verdiyi vədlərin əksinə gedərək, moskvayönlü kursu tərcih eləsə də, prezident Vladimir Putinin rəğbətini heç cür qazana bilmir. Bunun ən son və bariz sübutu kimi onun aprel ayında Rusiyaya nəzərdə tutulan ilk (!) rəsmi səfərinin Kreml tərəfindən qeyri-müəyyən müddətədək ləğv olunmasıdır. İki il keçir, amma Moskva Paşinyanın rəsmi səfərə gəlməsini istəmir, onun üçün fəxri qarovul düzməyə tələsmir.

Nikol Paşinyana Moskvanın antipatiyasının əsas səbəbləri barədə də yazmışıq. Əvvəla, o, Rusiyanın həmişə ehtiyat elədiyi “məxməri inqilab” yolu ilə hakimiyyətə gələr-gəlməz, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (“Rus NATO-su” - KTMT) baş katibi, erməni əsilli general Yuri Xaçaturovu Rusiyanın izni olmadan İrəvana çağırıb və 1 mart 2008-ci il olaylarına görə həbs edib. Az sonra Moskvanın təzyiqi ilə onu azad eləsə də, Kremldə hesab edirlər ki, bununla KTMT-nin beynəlxalq nüfuzuna zərbı vurulub, onun qeyri-ciddi blok olması haqda rəy yaranıb.
Ardınca Paşinyan hökuməti yenə eyni motivlə sabiq prezident, Vladimir Putinin yaxın dostu Robert Köçəryanı həbsə saldırıb. Kreml başçısının xahişinə baxmayaraq, hələ də oradadır. Bundan başqa, Paşinyanın faşist əlaltısı Qaregin Njde sevdalısı olması üzə çıxıb ki, bu da Rusiyada əlavə qıcıq yaradıb. Digər, yan səbəblər də var.
kreml ile ilgili görsel sonucu
Bu arada Paşinyan hökumətinə qarşı Kremlin qəzəbini artıran daha bir olay baş verib. Belə ki, inqilabdan sonrakı “yeni Ermənistan”da özünü “Sasna Tsrer” partiyası kimi leqallaşdırmağa nail olmuş erməni terrorçuları ölkəyə Rusiya təsirinə birdəfəlik son qoymağa çağıran bəyanat yayıblar.

Azerbaycanrealligi.com xəbər verir ki, “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu dəfə “Sasna Tsrer” Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında bu yaxınlarda Rusiya imperatoru I Nikolaya qoyulmuş abidə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “I Nikolay qaniçən diktator olub. O, erməni vilayətini ləğv edərək (?! - İrəvan xanlığı nəzərdə tutulur - ”YM") erməni dövlətçiliyinin bərpası perspektivini dəfn edib. Onun  heykəli ola bilsin, rus imperializminin ruhunu dirçəltmək və müstəmləkəçiliyin sərt rejimini bərqərar eləmək  istəyinin təzahürüdür. Bunu həm də Rusiyada general Andronikə (tayqulaq Andronik - “YM”) qoyulan abidənin sökülməsi və Armavirdə Qaregin Njdenin memorialının təhqir edilməsi göstərir".
Paşinyan Putin musavat.com ile ilgili görsel sonucu
“Sasna Tsrer”çilərin sözlərinə görə, Paşinyan hökuməti Kremlin belə açıq müstəmləkəçi cəhdlərinə qarşı çıxmaq əvəzinə, Putini dəstəkləyir. “Serj Sərkisyanın yarım-müstəmləkəçi administrativ sistemini devirən Nikol Paşinyan atıq inqilabdan imtina edib və köhnə sistemin varisinə çevrilib. Və o, hələ də nəinki Kremlin Ermənistanı suverenliyinə qəsd eləməsinə seyrçi münasibət bəsləyir, həm də vaxtaşırı bu yöndə Kremlə xidmət edir. Biz Putinin Ermənistanın suverenliyinə qəsdinə Nikol Paşinyan və onun başçılıq elədiyi hökumətin passivliyini pisləyirik”, - deyə terrorçular bəyan ediblər və Paşinyandan “öz içindəki Putini öldürməyi” tələb ediblər.

Göründüyü kimi, Nikol Paşinyan həm Rusiyanın, həm də daxildəki qüvvələrin təzyiqi altındadır. 
Məlumat üçün bildirək ki, sözügedən terror qruplaşmasının “xaç atası” sayılan Jirayr Səfilyan 2018-ci ildə - Nikol Paşinyan hakimiyyətə gələndən az sonra həbsxanadan buraxılıb. “Sosna Tsrer” silahlı qruplaşması isə partiyaya çevrilib və hətta son parlament seçkilərində (2018, dekabr) iştirak da edib. Bir neçə il öncə - Sərkisyanın hakimiyyəti dövründə Səfilyan və dəstəsi İrəvanın mərkəzində polis binasını ələ keçirmiş və bir polis əməkdaşını öldürmüşdü. Ona görə də həbsə salınmışdı.
“Sosna Tsrer”çilər müəyyən mənada Nikol Paşinyan iqtidarı üçün siyasi müxalifətə qarşı dəyənək, təhdid qismindədir. “Məxməri” baş nazir onların rəhbərləri ilə bir neçə dəfə öz ofisində görüş də keçirib. Bu isə bir sıra yerli KİV-də və ekspert dairələrində etiraz yaradıb. N.Paşinyan qanunsuz silahlı dəstələrlə iş birliyində ittiham edilib. Hərçənd son zamanlar onların arasında narazılıqlar özünü büruzə verməkdədir.  
Paşinyan Putin musavat.com ile ilgili görsel sonucu
Qruplaşma Qarabağ məsələsində və Rusiyaya qarşı radikal mövqeyi ilə tanınır və Rusiya hərbi bazalarının Ermənistandan çıxmasını, ölkənin Rusiyanın dominant olduğu “Rus NATO-su”nu və Avrasiya İqtisadi  Birliyini tərk edib qərbyönlü kurs götürməyi tələb edir. Ancaq hamıya məlumdur ki, işğalçı Ermənistan bütünlüklə Rusiyadan asılıdır. Hətta Ermənistan adlı qondarma dövlət də öz varlığına görə, habelə Azərbaycan torpaqlarının işğalına görə məhz Rusiyaya borcludur. Ermənistandakı “qərbyönlülər” isə indi Dağlıq Qarabağı da “götürüb” Rusiyadan uzaqlaşmaq, Qərbə sarı getmək, ruslara xəyanət etmək istəyirlər.

Bu isə mümkün deyil. Daha doğrusu, Dağlıq Qarabağı heç kim onlara verən deyil. İstər Qərbə sarı getsinlər, istərsə də Rusiyanın orbitində əbədi qalsınlar. Söhbət Kremlin yox, Azərbaycan xalqının iradəsindən gedir. Qarabağı gec-tez, ya hərb, ya da sülh yolu ilə qaytaracaq Azərbaycan xalqı...     

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın