Putin ağ bayraq qaldırdı: Türkiyə Rusiyanı həm yaxın, həm də uzaq məsafələrdə üstələdi

02, 03, 20
12:28

Putin ağ bayraq qaldırdı: Türkiyə Rusiyanı həm yaxın, həm də uzaq məsafələrdə üstələdi

Suriya dünyadakı bütün hərbi qüdrətlərin öz yeni texnologiyalarını sınadığı və rəqiblərinə nümayiş etdirdiyi məkan halına gəlib. Rusiya ordusunun 2015-ci ildə Xəzər dənizindəki iki hərbi gəmisindən Suriyadakı terrorçu qrupları nöqtə atışları ilə vurması bütün dünya tərəfindən diqqətlə izlənmiş və onun rəqibləri bu güc nümayişi qarşısında öz heyrətlərini gizlətməmişdi. Həmin vaxt sözügedən əməliyyatı şərh edən Pentaqon yetkililəri sovet hakimiyyəti dağıldıqdan sonra Rusiyanın öz hərbi qüdrətini bu qədər inkişaf etdirdiyini gözləmədiklərini boyunlarına almış, Moskvanı yalnız bir məsələdə yetərsiz görmüşdülər: “Sivil-hərbçi ayırd etmədən vurur”.

Bəzi hərbi ekspertlər rus hərbi anlayışının bu qəddarlığının əslində texnolojik baxımdan zəifliyini ört-basdır etmək niyyətindən doğduğu qənaətinə gəlmişdilər. Səbəb nə olursa olsun, Rusiya 2015-ci ildəki hərbi əməliyyatla “qabığı nazik və ya çürük qoz” olmadığını ortaya qoya bilmişdi.

Türkiyənin son günlər 34 şəhidinin qisası üçün başlatdığı İdlib əməliyyatında sərgilədiyi performansın da başlıca səbəblərindən biri də, sözsüz ki, hərbi qüdrətini ortaya qoymaqdı. Yetərli səviyyədə havadan müdafiə sistemi olmayan və bu səbəbdən hərbi təyyarələrindən çox, silahlı PUA-larıyla düşmən başına od ələyən Türkiyə yeni yerli texnologiyası ilə Rusiyanın da havadan müdafiə sistemlərinə çox güvənməməsini sübut edə bildi. Sübut edə bildi ki, xüsusilə yaxın məsafəli döyüşlərdə Rusiyadan bir baş yuxarı hərbi texnika və savaş imkanlarına sahibdir. Türkiyə Milli Müdafiə naziri Xülusi Akarın dünən İdlib əməliyyatı ilə bağlı açıqladığı rəqəmlər də bunu təsdiqləyir: “Bu günə qədər 1 İHA, 8 vertolyot, 103 tank, 19 zirehli personal daşıyıcısı, 72 top-howitzer-CNRA, 3 hava hücumundan müdafiə sistemi, 15 tank əleyhinə minaatan, 56 zirehli maşın, 9 döyüş sursatı və 2 min. 212 rejim hərbçisi və qulluqçusu zərərsizləşdirildi". 

Yəqin razılaşarsınız ki, xüsusilə 3 hava hücumundan müdafiə sisteminin zərərsizləşdirilməsi Türkiyənin ən ciddi güc nümayişi hesab oluna bilər. Çünki bu sistemlər Suriya ordusunu hava hücumlarından qorumaq üçün İdlib həndəvərinə gətirilmişdi, amma özləri bu hücumdan salamat çıxa bilməmişdilər.

Türkiyə gərginliyi artırmamaq çün Rusiya hərbi qüvvələrini özəlliklə hədəfə almasa da əslində mesajın Bəşəq Əsədə deyil, Vladimir Putinə yollandığı aydın idi. Mesajın qısa özəti isə bundan ibarətdi: “Mən də heç çürük və qabığı nazik qoz deyiləm”.

Qardaş ölkənin BMT-dəki Daimi nümayəndəsi Feridun Sinirlioğlunun qurumun TŞ-da dilə gətirdiyi fikirlərdən də bu mesaj anlaşılırdı. Məlumata görə, diplomat BMT TŞ-nın İdliblə əlaqədar müzakirələrin aparıldığı toplantıda 34 türk əsgərlərinin şəhid olduğu məlum hücumda rus hərbi təyyarələrinin də iştirak etdiyini və Türk əsgərlərinin qəsdən hədəfə alındığını dilə gətirmiş, dolayısıyla cavabın həm də Moskvaya verildiyinə eyham vurmuşdu.

Moskvadan və bölgədən gələn informasiyaların təhlili Rusiya hərbi dairələrinin də Türkiyənin İdlib mesajından önəmli nəticələr çıxardığını təsdiqləyir. Suriyada əməliyyatlarda iştirak edən rus hərbi jurnalistinin bildirdiyinə görə, silahlı PUA-ların dövriyyəyə daxil olması ilə vəziyyət tamamilə Türkiyənin xeyrinə dəyişmiş və rejim qüvvələri yerindən tərpənməz hala gəlmişlər. Çünki Türk PUA-ları hərəkətli hər şey vurur, hətta motosikletlərin də hərəkətinə imkan vermir.

Ankaranın ortaya qoyduğu bu hərbi qüdrət qarşısında Rusiyanın cavabı isə çox düşündürücü oldu. Rusiya Müdafiə Nazirliyi dünən verdiyi açıqlamada İdlib hava sahəsinin uçuşlara qapandığını və Türk təyyarələrinin bu ərazidə təhlükəsizliklərinə təminat verilmədiyini bəyan etdi. Halbuki, Türkiyənin həmin əməliyyatda hərbi təyyarələrindən istifadə etdiyinə dair heç bir məlumat yoxdur. Əməliyyatlar tamamilə silahlı PUA-lar vasitəsilə həyata keçirilib ki, aşağı yüksəklikdə uçan həmin aparatlar radarlara yaxalanmır və havadan müdafiə sistemləri onları zərərsizləşdirə bilmirlər.

Üstəlik, Türkiyənin İdlib savaşına cəlb etdiyi və uğurunun əsas səbəbi sayılan bir silahı da var. “KORAL” adlanan həmin elektron silah 200 km məsafədə təyyarədən tutmuş havadan müdafiə sistemlərinə qədər bütün texnikaları işləməz hala gətirir. İddialara görə, Rusiya da buna bənzər elektron silahını əməliyyatdan əvvəl İdlibə gətirsə də, türk silahlı PUA-larını kor etməyə yaramamışdır.

  p>

Görünən budur ki, uzaq məsafəli döyüşlərdə Türkiyədən üstün olan Rusiyanın yaxın məsafələrdə onunla döyüşmək əzmi xeyli aşağıdır. Amma Türkiyənin uzaq məsafəli döyüşlər üçün də başqa bir silahı var. Söhbət, təbii ki, NATO-dan gedir. İdlibdə Rus və Suriya hərbi qüvvələrinin 34 Türk əsgərini şəhid etməsindən sonra NATO-nun öz Nizamnaməsinin 4-cü maddəsini əsas gətirib müttəfiqinə hava dəstəyi verəcəyini açıq şəkildə dilə gətirməsi bu silahın da artıq aktiv fəaliyyətə keçməsini göstərir. Bu isə o deməkdir ki, Rusiya yaxın məsafədəki uğursuzluğunun cavabını uzaq məsafəli silahları ilə verməyə çalışsa, NATO sipəriylə qarşılaşmalı olacaq. Nəticədə onu hansı sürpizlərin gözlədiyini proqnozlaşdırmaq isə mümkün deyil.

İdlibdə həm yaxın, həm də uzaq döyüşlərdə çarəsiz vəziyyətə düşən Rusiyanın, belə görünür ki, geri çəkilməkdən başqa çarəsi qalmayıb. Moskvadan gələn ən son məlumat da bunu təsdiqləyir. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin ölkəsinin heç kimlə savaşmaq niyyəti olmadığını etiraf edib. Putinin bu “səmimi” etirafını onun Suriyada qaldırdığı “ağ bayraq” kimi də alqılamaq mümkündür. Zənnimizcə, Türkiyənin “Osmanlı şapalağı”ndan sonra Rusiya öz qınına çəkiləcək və post-sovet məkanını əldə saxlamağa çalışacaq. Rəsmi Bakı da bu ehtimalı gözdən qaçırmamalı, Rusiyadan gələ biləcək təzyiqlərə qarşı bütün qüvvəsini səfərbər etməlidir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın