"Artıq uzunmüddətli müharibə başlayıb" – Türkiyəni zəiflətmək PLANI

01, 03, 20
15:13

"Artıq uzunmüddətli müharibə başlayıb" – Türkiyəni zəiflətmək PLANI


Rejim qüvvələrinin hava hücumu nəticəsində Türkiyə ordusu Suriyanın İdlib bölgəsində 33 şəhid verib.
Bir çox analitiklər türk əsgərlərinin Rusiya hərbçiləri tərəfindən şəhid edildiyini bildirirlər. Hətta dünən gecə saatlarında yerli fəallar Rusiyanın İstanbul baş konsulluğunun binası qarşısında etiraz aksiyası keçiriblər. Türkiyənin əksər siyasi dairələrində hesab edirlər ki, bu qanlı olayın arxasında Rusiya dayanır.

Azerbaycanrealligi.com xəbər verir ki, Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu da bu qənaəti bölüşdüyünü deyib: "Rusiya özü bəyan etdi ki, türk əsgərlərini onlar öldürüblər. Amma ruslar iddia edirlər ki, həmin yerdə Türkiyə hərbçiləri olmamalıydı. Rusiya ilə Türkiyə arasındakı müqaviləyə əsasən, guya, Türkiyə hərbçiləri bütün dislakasiya prosesi barədə Rusiya tərəfə məlumat verməliymiş. Amma bu dəfə məlumat verilməyib. Atəşi Suriya açıb. Amma əslində, orada Suriya ordusu yoxdur. Nə varsa, Rusiyanın əlindədir. Bunu heç müzakirə etməyə də ehtiyac yoxdur. Türk əsgərlərinin Suriyada öldürülməsinin günahkarı Rusiyadır. Rusiya da artıq bunun izahını verib".
"Artıq uzunmüddətli müharibə başlayıb" – Türkiyəni zəiflətmək PLANI
M.Əhmədoğlu Türkiyə hərbçilərinin Suriyada uzun müddət qalacağı təqdirdə müharibənin qaçılmaz olduğunu bildirib: "Əslində, Ərdoğan fərqli siyasət aparmalıydı. O, hazırda Rusiyanı cəzalandırmaq istəyir. Ərdoğan Suriyada ola-ola həm də Liviyaya girmək istədi. Rusiya imkan vermədi ki, Türkiyə Liviyaya girsin. Liviyada mövqeləri zəifləyən kimi Türkiyə Gürcüstanın NATO-ya üzvlük məsələsini qaldırdı. İndi Gürcüstanın NATO-ya üzvlük məsələsi aktualdır. Bununla da Türkiyə yenidən ABŞ-la münasibətləri yumşaltmaq kursu götürdü. Məqsəd odur ki, yenidən ABŞ və NATO ilə birlikdə Rusiyanı cəzalandırsın. Amma iş burasındadır ki, ABŞ və NATO Türkiyəyə lazımi dəstək verməyəcəklər. Ərdoğanın cəsarətli, müstəqil siyasəti, ABŞ-ı, NATO-nu hesaba almaması, ABŞ-ın bütün embarqolarına, sanksiyalarına baxmayaraq, Türkiyənin iqtisadiyyatını inkişaf etdirməsi ABŞ-ın, Avropa İttifaqının xoşuna gəlmir. Ona görə də onlar maraqlıdır ki, Türkiyə xroniki, uzun müharibəyə cəlb olunsun və getdikcə gücü zəifləsin. İndi Rusiya da bunu başa düşür. Rusiya başa düşür ki, Ərdoğan onları cəzalandırmaq istəyir. Artıq hesab edin ki, uzunmüddətli müharibə başlayıb. Mən düşünmürəm ki, Türkiyə bu müharibədən uduşla çıxsın".

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın