Xocalı Rayon sakini, Blogger jurnalist Səfər Cavadov Baş prokroru Müraciət etdi, Məni qebul edin - VİDEO

28, 01, 20
22:23

Xocalı Rayon sakini, Blogger jurnalist Səfər Cavadov Baş prokroru Müraciət etdi, Məni qebul edin - VİDEO


Azerbaycanrealligi.com xəbər verir ki, Xocali rayon sakini "bloger jurnalist" Səfər Cavadov Azərbaycan Respublikasının Baş Prokroru Zakir Qaralova Muraciet ünvanlayib.

“Cənab prokuror, qeyd edim ki, üc ildən artıqdır haqlarımız prokuror orqanlari terefnden davamlı olaraq pozulur, Cəlilabad rayonunda bir qurup Şəxsin mağazamızdan oğurluq etmesini sübut edən fakt və dəlillər olmasına baxmayaraq bu günə kimi hec bir tədbir görülməmişdir. Əvvəl Cəlilabad sonra isə Lənkəran rayon prokurorluğuna bu iş həvalə olunsada “araşdırma” adı altında üç ildir bizi süründürməçiliyə salıblar, Sizin göstərişinizlə iş üzrə çıxarılan qərarlar yeddi dəfə ləğv olunub. Amma yenə də təkrarən işi saxtalaşdıran eyni rayonun eyni müstəntiqinə verilib, bu isə işin ədalətli araşdırılmasına imkan verməyib. Bizim isə bu oğurluq faktına görə Sədərək ve Binə Ticarət Mərkəzlərində çalışan topdan satış mağazalarına küllü miqdarda borcumuz yaranıb, və iş üzrə araşdırma gecikdikcə 50 dən çox sahibkar bizə təzyiq edir. Biz çıxılmaz durumdayıq. Cənab prokuror, mən hesab edirəm ki, bu işin ədalətli araşdırılması sizin iradənizdən asılıdır.  

  Sizdən xahiş edirəm ki, bu təksib olunmaz faktlarla sübut olunan oğurluq faktının araşdırılmasını nəzarətə götürüb, işin araşdırılmasını Baş prokurorluğa həvalə olunmasına göstəriş verəsiniz. Həmçinin bir vətəndaş kimi məni qəbul edib dinləməyinizi sizdən xahiş edirəm.”

Hörmətlə: "bloger jurnalist" Səfər Cavadov 


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın