sitename

Hadı Rəcəbli seçicilərə 20 manat və yağ payladı - ÖZƏL


Azerbaycanreallig.com xəbər verir ki, 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa “əbədi” namizəd Hadı Rəcəblinin seçicilərə 20 manatdan pul və hərəyə bir qutu yağ bağışladığı xəbərləri yayılıb. Reportyor.info-ya verilən məlumata görə, Lənkəranın kəndlərində seçicilərin dəstəyini və səsini almaq üçün H.Rəcəblinin seçki qərargahının üzvləri onun tapşırığı ilə bir qrup adama 20 manat və yağ hədiyyə ediblər. Bu da təbliğat kampaniyası dövründə yolverilməz haldır və seçki qanunu pozmaq kimi qiymətləndirilir. Deputatlığa namizəd seçicinin səsini qazanmaq üçün şirnikləndirici vasitələrdən istifadə edə, pul və digər qiymətli hədiyyələr paylaya bilməz.

Namizəd təbliğat kampaniyasında seçicilərlə görüşüb, platformasını açıqlamalıdır, insanların problemlərini öyrənməlidir, deputat seçilərsə Milli Məclisdə hansı məsələləri qaldıracağını vəd verməlidir. Onun işi pul paylamaq, ərzaq vermək, yol çəkdirmək, park tikdirmək deyil. Amma Lənkəran kənd seçki dairəsindən “əbədi” deputat olan və hər çıxışı qalmaqal, qıcıq doğuran, müəllimə dərsdən sonra fəhləlik edən söyləyən Hadı Rəcəbli təzədən mandat iddiasındadır. Onun yenidən deputat ediləcəyi şübhəsizdir. Çünki bu dairədə rəqibləri demək olar ki, yoxdur, onlar formal olaraq irəli sürülüblər, əksəriyyəti işsizdir, yaxud da müəllimdir.

 Azerbaycanreallig.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 361
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 063
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 752
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 737
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar