sitename

Elşad Barat Hürrü Əliyevdən yazdı - İlahi, necə də işıqlandı o qaranlıq bina...


Hürrü Əliyevlə telefonda danışdıq, vədələşdik ki, sabah görüşək. Hürrü bəylə dəfələrlə görüşmüşük, müsahibə eləmişik, çay içib söhbət etmişik. O qədər sadə, səmimi insandır ki, adam elə bilir onunla illərin dostusan.

İndi məni həyəcan bürüyüb. Hürrü bəylə görüşəcəm deyə tələsirəm. Yolu tez-tez yeriyirəm, çayı tez-tez içirəm, nəfəsimi tez-tez alıram. Az qalıram günəşi bu yandan götürüb o yana qoyam ki, gecə olmasın.

Bəs niyə? Axı Hürrü bəylə biz çox görüşmüşük, heç vaxt belə həyəcan olmayıb. Bu nədir belə?

Bəlkə də Hürrü Əliyev daha çox Elçibəyləşib? Elçibəyin baxışlarını deyirsən, onda var, səsini deyirsən, onda var, səmimiyyətini, sadəliyini deyirsən, onda var, bu xalqa, bu millətə, bu torpaqlara aşiqliyini deyirsən, onda var. Bəlkə də Hürrü Əliyev elə Elçibəydir?

Yarımçıq saxladığı işini bitirməyə gəlib?

Mənə elə gəlir ki, Elçi bəylə görüşəcəm.

Hürrü Əliyev Elçibəydən sonra "elçibəyçilik hərəkatına" start verdi. Yüzlərlə gənc onunla bərabər bu yola çıxdı. Bu yol Elçibəy arzularını gerçəyə çevirəcək Hürrü yoludur.

Hürrü Əliyev 

Məncə, Hürrü Əliyevin seçki qərargahında Elçibəyin ruhu gəzir. O ruh həqiqətdir. O ruh cəsarətdir. O ruh mədəniyyətdir. O ruh səmimiyyətdir. O ruh haqdır. O ruh pakdır və pak olan hər şey o ruhu hiss edər. O ruhu hiss etmək üçün qüsullu olmalısan.

Hürrü Əliyev yolu qüsullular yoludur. Şəxsən mən kəfən geyinib bu yola çıxaram. Birliyə, bütövlüyə gedən yol haqqın özüdür.

Bir anlığa Hürrü Əliyevin 40 min insana vəkil olduğunu düşündüm. Milli Məclisdə çıxış etdiyini düşündüm. İlahi, necə də işıqlandı o qaranlıq bina...

Elə biz də bunu istəmirikmi? Qaranlığımıza günəş doğsun. Günəşimizin qarşısını buludlar örtməsin. Yanımızda dayanan bir vəkilimiz olsun. Bizim sözümüzü desin. Bizim qayğımıza qalsın. Bunu istəyiriksə, seçkidə iştirak edəcəyik. Hürrü Əliyevə səs verəcəyik. Hürrü Əliyevə səs vermək özünə səs verməkdir. Hürrü Əliyevi dəstəkləmək xalqı dəstəkləməkdir. Çünki Hürrü Əliyevin ürəyi xalqla döyünür, millət deyəndə dodaqları titrəyir, zirvələrdə dalğalanan bayrağına baxanda gözləri dolur.

Onun arxasında milyonlar dayanıb!

O, bir millət sevdalısı!
O, bir vətən aşiqidir!
O, bir başqandır!
O, Hürrü Əliyevdir!

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 361
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 063
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 752
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 737
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar