sitename

İki hücumçu alman – ikisinin də qiyməti 80 milyondur


Bu gün dünyanın gündəmdə iki alman var - biri siyasətçi, biri futbolçu. İkisi də hücumçudur.
Siyasətçi çox məşhur biridir – ABŞ prezidenti Tramp. Onu tanımayan yoxdur.
Futbolçunun soyadı Vernerdir, o qədər də məşhur deyil, onu tanıyan azdır, Leypsiqdə oynayır.
Hazırda onların ikisinin də qiyməti 80 milyondur - birinin başı, o birinin ayağı.
Bir fərq də var, siyasətçinin başının qiyməti dollarladır, futbolçunun ayağının (eləcə də başının) qiyməti avroyla hesablanıb.
(Valyuta məzənnələrinin kursunu tutuşdursaq, futbolçu siyasətçidən baha çıxır).
Birincini İran istəyir, ortada qan davası, general Qasıma görə qisas ehtirası var.
İkincinin talibi Madridin “Real” klubudur, ortada kubok, pul-para, yenə də qisas söhbəti var.

İran Trampın başına pul kəsməklə ABŞ-a dağ çəkmək, Trampı o dünyaya transfer etmək fikrindədir.
“Real” Vernerin transferinə nail olmaqla bu il çempionluq qazanmaq, “Barselona”dan əvəz çıxmaq eşqindədir.
Əslində çox az adamın tanıdığı Timo Verner üçün 80 milyon avro çoxdur. Messi deyil, Ronaldo deyil, kimdir ki…
Ona qalsa, Trampın başına qoyulan 80 milyon dollar da çox azdır. Adam dünyanın ən qüdrətli dövlətinin başçısıdır.
Yəni o, futbolçu soydaşı qədər də qiymətli olmadı?

Düzdür, Timo bu il 25 oyunda 23 qol vurub, formadadır, sosial şəbəkədə izləyiciləri günbəgün artır, perspektiv vəd edir.
Amma Tramp da prezident olandan bəri qırrıya-qırrıya gəlir, sosial şəbəkə fenomenidir, hər gün Tvitterdə yeddi mesaj yazır, hər cür qalmaqala qol qoyur.

Trampın minlərlə qoruması var, düşmənlərinin ona yaxın düşməsi mümkün deyil.
Vernerin bir butsusu, bir boğazıdır, ona yaxın düşmək olar, amma onun düşməni yoxdur.
Hazırda MKİ fikirləşir ki, Trampı pul hərislərinin, fanatiklərin hücumundan necə müdafiə etsin.
Barselonada da Pike düşünür ki, “Barsa”nın qapısını Vernerdən necə müdafiə edəcək.
Layihələrin reallaşdırılması əmsalına qalsa, birinci məsələ çox çətindir, ortada 80 milyon yox, 800 milyon olsa da, çətindir.
İkinci isə çox realdır, “Real” 80 milyonla işi bağlaya bilər, hətta bacarıqlı menecer olsa, Vernerin qiymətində bir az endirim də etdirər.
Bəs hər iki transfer gerçəkləşməsə, necə olacaq?

Heç nə. “Real”ın çıxış yolu var, 80 milyona Verneri ala bilməsə, gedib 70 milyona Terneri (misalçün) alacaq.
Amma İran gərək o 80 milyonu məhz Trampa xərcləsin, onun yerinə fağır Mayk Pensi transfer etmək ürəklərdən tikan çıxarmaz.

Azerbaycanrealligi.com

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 637
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 444
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 154
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 065
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar