“Azərenerji” işçilərinə “bayrampulu” əvəzinə pomidor paylayıb – “100 manatdan əlimizə 2 kq pomidor çatdı”

28, 12, 19
22:07

“Azərenerji” işçilərinə “bayrampulu” əvəzinə pomidor paylayıb – “100 manatdan əlimizə 2 kq pomidor çatdı”


“Azərenerji”nin adının hallanmasını istəməyən əməkdaşı Mediapress.az-a bildirib ki, qurumun işçilərə “bayrampulu” kimi təqdim edilməli olan 100 AZN doğru-dürüst ələ gəlib çatmayıb.

“”Bayrampulu” olan 100 manatın 50 manatı çıxılıb, qalan 50 manatına isə 12 ədəd pomidor paylanılır. Bu, biabırçılıqdır! 2 kq pomidor orta hesabla 25 AZN-ə başa gəlib çıxır.

Belə çıxır ki, 100 AZN-nin əvəzinə 12 ədəd pomidor alırıq. Bu, haqsızlıqdır!”, – deyə açıqlama verən işçi bu vaxta kimi belə “unikal” hadisənin baş vermədiyini, “Azərenerji”nın ilk dəfədir ki, işçilərinə belə “sürpriz” etdiyini bildirir.

Məsələ ilə bağlı “Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayevlə əlaqə saxlamağa çalışdıq. Amma hələlik mətbuat xidmətinin qəbuluna düşmə şansımız olmayıb.

Qarşı tərəfin fikrini də öyrənməyə hazırıq.   

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın