sitename

Gənc siyasətçi növbədənkənar parlament seçkilərinə qatılaraq, siyasətə dönüş etdi - FOTOLAR


Azerbaycanrealligi.com xəbər verir ki, Əli Kərimlinin başçılıq etdiyi AXCP-nin keçmiş fəalı, daha sonra Razi Nurullayevin AXCP-sinin əsas təşkilatçısı və qurucusu olaraq böyük təşkilatçılıq qabiliyyətinə malik olması ilə gündəmdə olan, lakin, 2016-cı ildən bütün təşkilatlardan uzaqlaşaraq siyasi proseslərdə iştirakını dayandırmış ictimai fəal, politoloq Cavid Musazadə, yenidən növbədənkənar parlament seçkilərində namizəd olmaqla, siyasi fəaliyyətə döndüyünü bəyan edib.

Cavid Musazadə

Bunu o, öz facebook hesabında paylaşmışdır. Gənc politoloq əlavə olaraq onu da qeyd etmişdir ki, əgər Milli Məclisdə yer qazanarsa, millət vəkili olduğu sonrakı dönəmdə, yeni müxalifət partiyası yaradacaq. 

Məsələ ilə əlaqədar olaraq özü ilə əlaqə saxladıq. Müsahibəmiz zamanı o, cəmiyyətimizdə, dövlətçilik prinsiplərini əsas götürən, ideoloji dəyərlərə malik mühafizəkar, millət və dövlət naminə həqiqətən mübarizə aparan siyasi oluşumların azlığından, hətta yoxluğundan şikayətləndi. Növbəti parlamentdə o, Qarabağın taleyi ilə bağlı mühim qərarların qəbul ediləcəyinin gözlənildiyini və bu qərarlarda milli maraqları, eyni zamanda, dövlətçiliyi qoruya biləcək gücə və viziona malik müxalif siyasi partiyaya zərurətin yarandığını söylədi.

Məhz bu səbəbdən siyasətə dönməyi və qazanacağı təqdirdə siyasi fəaliyyəti daha aktiv fazaya daşıyacağını açıqladı.

Deputatlığa müstəqil namizədliyini irəli sürməyi planlaşdıran Cavid Musazadə, Abşeron 45 saylı seçki dairəsinin dislokasiyasında olan inzibati ərazilərdə, Xırdalan şəhəri, Masazır, Mehdiabad, Fatmeyi, Görədil, Məhəmmədi və Digah ərazi vahidlərində, daha çox ciddi sosial dayağının olduğunu əsaslandıraraq namizədliyini bu dairədən irəli sürdüyünü açıqladı.

Biz müstəqil namizəd Cavid Musazadədən son 3 ildəki fəaliyyəti barədə soruşduq. O, son üç ildə öz üzərində işlədiyini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Memarlıq bı Dizayn fakültəsində təhsil alaraq ixtisasını dəyişdirdiyini, ailə qurduğunu və xarici dil öyrəndiyini bildirdi.

Müasir dövrün tələblərinə cavab verən şəxsi keyfiyyətlər əldə etmiş müstəqil namizəd eyninzamanda  seçicilərinə ilk çağırışını, bizim vasitəmizlə belə ünvanladı: "Mən sizi seçdim ki, Sizdə məni seçəsiniz".

Hazırladı: Analitik şöbənin müdiri, araşdırmaçı jurnalist Vüqar Məmmədağayev

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 655
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 466
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 178
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 081
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar