Azad media nümayəndələri erməni jurnalistlərin Bakıya gəlməsinə etiraz etdilər - FOTOLAR

19, 11, 19
13:17

Azad media nümayəndələri erməni jurnalistlərin Bakıya gəlməsinə etiraz etdilər - FOTOLAR


Bir qrup media nümayəndəsi XİN qarşısında piket təşkil edib. Etiraza səbəb bəzi dövlət saytlarında erməni jurnalistlərin Bakıya gəlməsi barədə yayılan xəbərlər olub. Azerbaycanrealligi.com xəbər verir ki, Aksiyada “Rədd olsun işğalçı Ermənistan nümayəndələri!”, “Erməniləri dəvət edənlərə ar olsun!”, “Ermənilər Bakını dərhal tərk etsinlər!” kimi şüarlar səslənilib. Aksiyanın təşkilatçısı AzTimes.az xəbər portalının təsisçi redaktoru Pərvin Abışova  Aksiya iştirakçılarının Bəyanatını XİN rəsmisinə təqdim edib. Əraziyə polis cəlb olunsa da onlar aksiya iştirakçılarına mane olmayıb, müşahidə mövqeyində dayanıb. aksıya iştrakçıları aksiyanın baş tutduğunu bəyan edib. Aksiya Azərbaycan Dövlət Himninin ifası ilə başa çatıb.




Bizimlə əlaqə saxlayın