Yağış, külək, sulu qar... - Sabahın havası

21, 09, 19
15:28

Yağış, külək, sulu qar... - Sabahın havası

Yağış, külək, sulu qar...
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Gecə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. 

“Qafqazinfo” xəbər verir ki, güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-21° isti,

Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-11° isti təşkil edəcək.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın