Ermənistanda ac xalq küçələrə çıxır: “Paşinyan vədlərinə əməl etmir”

31, 08, 19
09:20

Ermənistanda ac xalq küçələrə çıxır: “Paşinyan vədlərinə əməl etmir”

İşğalçı ölkə növbəti inqilaba doğru addımlayır; xalq baş naziri etimadı doğrultmamaqda suçlayır; rəsmi İrəvan isə əhalini Azərbaycanla qorxudur - Qazax təxribatının pərdəarxası


Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu 16 ay müddətində az qala hər gün vətəndaşların yeni etirazları ilə üzləşməkdədir. Təkcə son günlər keçirilən aksiyaların statistikası Paşinyan hökumətinin ömrünün uzun olmayacağı qənaətini yaradır.

Son günlər Ermənistan çalxalanır. Ermənistan üçün böyük ekoloji fəlakət yaradan Amulsar qızıl-filiz yatağının istifadəyə verilməsinə qarşı düzənlənən aksiyaların da yenidən bərpa olunacağı barədə məlumatlar var. Avqust ayı ərzində bir neçə dəfə İrəvanın mərkəzində toplaşan etirazçılar “Amulsar dağdır, vəssalam”, “Yataqlarsız gələcək” yazılmış bannerlər qaldırıb ermənilərin genefonduna zərbə vuran yatağın qapadılmasını tələb ediblər. Ermənistan prezidentinin iqamətgahında baş nazir Nikol Paşinyan, Vayotsdzor vilayətinin qubernatoru, Cermuk şəhərinin meri, icma rəhbərləri və ekoloqların iştirakı ilə Amulsar yatağının istismarı ilə bağlı keçirilən iclasda da nəticə əldə olunmayıb. Yekunda bəyan olunub ki, hökumət yatağın fəaliyyətini bərpa etməyi məqbul sayıb. Reallıq budur ki, Ermənistan hökuməti ölkə əhalisinin minimum ehtiyaclarını təmin etməkdən, miqrasiyanın qarşısını almaqdan ötrü zəhərli ünvanların da olsa, fəaliyyət göstərməsini zəruri hesab edir.

Bununla paralel, təkcə paytaxt İrəvanda deyil, Ermənistanın bölgələrində də sosial gərginlik artır. Hökumətdən narazı insanlar kütləvi aksiyalar keçirirlər. Çərşənbə axşamı isə  Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətində gərginliyin davam etdiyi barədə xəbərlər var. Məlumata görə, bölgənin sakinləri Ermənistan-Gürcüstan yolunda aksiya keçirərək məmur özbaşınalığına etiraz ediblər. Vilayətin ən böyük kəndi olan Artiçtin sakinləri də aksiyalara qoşularaq əsas magistral yoldakı avtomobillərin hərəkətini dayandırıblar. Bildirilir ki, bir il əvvəl vətəndaşlara müxtəlif vədlər verməklə hakimiyyətə gələn Nikol Paşinyan özü belə problemlərin öhdəsindən gəlməkdə aciz qaldığını etiraf edir. Ermənistan özünün ən ağır, acınacaqlı günlərini yaşayır. Məmur özbaşınalıqları sakinlərin səbrini tarıma çəkib. (AZƏRTAC) Aksiya iştirakçıları bəyan ediblər ki, problemlərin artması səbəbindən Tavuş vilayətinin kəndlərinin böyük əksəriyyəti boşalıb. Bölgə əhalisi içməli su və suvarma suyu əldə edə bilmir. Onlar yalnız məişət problemlərini həll etmək üçün suyu maşınlarla alırlar. Sahələr susuzluqdan məhv olur. Aksiya iştirakçıları bəyan ediblər ki, onların tələbləri təmin olunmasa, Ermənistan-Gürcüstan dəmir yolunu bağlayacaqlar. Aksiyanı dağıtmaq üçün əraziyə xeyli sayda polis cəlb olunub. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb.
ermÃÂnistanda ac xalq ile ilgili görsel sonucu
Belə bir durumda, özü də eyni gündə (!) Azərbaycan-Ermənistan sərhədində, məhz eyni istiqamətdə gərginliyin yaranması isə heç də təsadüf sayıla bilməz. Gərginlik barədə Azərbaycan tərəf rəsmi məlumat yayıb. Bildirilir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının  Azərbaycan-Ermənistan dövlət sərhədində, təmas xəttində yerləşən  “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin Mətbuat Mərkəzi bildirir ki, avqustun 29-da saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki Azərbaycanın sərhəd döyüş məntəqəsi snayper atəşinə tutulub, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Ermənistan tərəf dəfələrlə ölkə əhalisinin diqqətini “xarici düşmən”ə yönəltmək üçün bu cür təxribatlardan istifadə edib. Bundan əvvəl Qazax rayonu istiqamətindən erməni ordusunun irəliləməsinin qarşısı alınmış və düşmən geri otuzdurulmuşdu. İndi də Tavuş rayonunda əhalinin polislə toqquşmasının davam etməsi şəraitində erməni snayperinin Azərbaycan tərəfi, özü də mülki vətəndaşları atəşə tutması məqsədlidir. Düşmən ideoloqları snayperin cavabının veriləcəyinə əmin olduqları üçün bu təxribata əl atırlar. Azərbaycan tərəfin atəş açması, vəziyyətin gərginləşməsi isə Paşinayana, onun məmurlarına qarşı çıxan erməni əhalinin əl-qolunu bağlamaq üçün fürsət yaradacaq deyə, İrəvanda düşünürlər.
Yeri gəlmişkən, Dağlıq Qarabağda müxtəlif dövrlərdə ölən erməni əsgərlərinin anaları da etiraz aksiyalarını bərpa ediblər. Hökumət binası qarşısında aksiya keçirən valideynlər Paşinyanın onları qəbul etdiyini, ancaq onların istəklərinin yerinə yetirilmədiyini deyib. Qeyd edək ki, etirazçılar əsasən, orduda işgəncələrə məruz qalan hərbçilərin valideynləridir. Erməni əsgər bu yay işgəncədən qurtulmaq üçün Azərbaycana qaçandan sonra məsələ yenidən aktuallaşıb. Bütün bunlar onu göstərir ki, N.Paşinyan daxildə heç bir uğur qazana bilməyib.

İşğalçı ölkədə kriminogen durum da ağır olaraq qalır. Bu günlərdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı İrəvanda qətlə yetirilib. Polisin araşdırması məlum olub ki, bu, Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, 55 yaşlı S.Karqamanyandır. O, odlu silahdan açılan atəşlə qətlə yetirilib. Ermənistanda silahların işə düşməsi isə Paşinyanı narahat etməyə bilməz. 

Baş verənlər şübhəsiz ki, erməni baş naziri ciddi narahat edir və o, hazırda “korrupsiyaya qarşı mübarizə” adı ilə kampaniya aparır, bununla da Qərbdən maliyyə dəstəyi əldə etməyə, əhalinin narazı təbəqəsini sakitləşdirib, hakimiyyətini möhkəmləndirməyə çalışır. Korrupsiyaya qarşı mübarizə şurasının 30 avqust iclasında da Paşinyan növbəti dəfə “hədəflərindən” danışıb, korrupsiyaya qarşı amansız olacağını iddia edib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, 30 avqustda İrəvan məhkəməsi külli miqdarda mənimsəmədə ittiham olunan, Ermənistanda sabiq maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sədri Qagik Xaçatryanın həmin komitədə işləmiş qardaşı oğlu Karen Xaçatryan həbs edilib. Qətmanə İrəvan Ümumi Məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə Milli Təhlükəsizlik Xidməti müstəntiqinin sabiq nazir barəsində də həbs qətimkan tədbiri tətbiq olunması barədə müraciətini müzakirə edir. Paşinyan bu kimi həbslərlə rəqiblərinin ona qarşı səfərbər olunmasına real imkan yaradır. Digər tərəfdən, R.Köçəryanın həbsdən azad olunması istiqamətində Rusiyadan təzyiqlər baş naziri çıxılmaz duruma salıb. 
ermÃÂnistanda ac xalq ile ilgili görsel sonucu
Məhz belə bir ərəfədə N.Paşinyanın Dağlıq Qarabağda keçiriləcək “müstəqillik” şousunda iştirakdan imtinası da diqqət çəkir. Ermənistan mətbuatına baş nazir Nikol Paşinyanın “mətbəxindən” yeni xəbərlər sızdırılıb.

Virtualaz.org xəbər verir ki, İrəvanda Ermənistanın xaricdəki səfirlərinin ənənəvi toplantısında iştirak edən diplomatlar sentyabrın 2-də qondarma “dqr”in “müstəqillik bayramını” qeyd etmək üçün Xankəndinə gələcəklər. Amma Paşinyan həmin “bayramda” olmayacaq.

“Meydan” (“Qraparak” ) qəzeti yazır ki, hər il sentyabrın 2-də Ermənistan rəhbərliyi əsasən tam heyətlə Xankəndinə yollanıdı. “Amma bizə deyiblər ki, bu il Nikol Paşinyan Stepanakertə (Xankəndi) getməyəcək. Onun əvəzində bir neçə gün əvvəl keçmiş baş nazir Ovik Abramyan orada olub”,-qəzet yazır. O da bildirilir ki, Qarabağda Paşinyanın Ermənistan büdcəsindən qondarma rejimin keçirəcəyi  yerli seçkilərin monitorinqi üçün “Transparensy İnternational” təşkilatına 80 min dollara yaxın qrant ayırmasından bərk narazı qalıblar. Bu Ermənistanın “Dağlıq Qarabağın daxili işlərinə müdaxiləsi” kimi qiymətləndirilib.

Qəzetin digər məlumatına görə səfirlərin toplantısının mətbuata bağlı hissəsində Paşinyan diplomatları bərk danlayıb. Deyib ki, onlar Ermənistan iqtisadiyyatına pul cəlb etmək üçün heç nə etmirlər, iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmirlər. Və Paşinyan səfirlərə əbəs yerə bu qədər pul xərclənməsini başa düşmədiyini deyib.
ermÃÂnistanda ac xalq ile ilgili görsel sonucu
Mənbə deyib ki, Paşinyanın əsas hədəfi ABŞ-dakı səfir Varujan Nersisyan idi. Onun danlanmasının səbəbi təkcə Ermənistana pul cəlb edə bilməməsi deyil, o cümlədən baş nazirin ABŞ yüksək rəhbərliyi, prezidenti və baş naziri ilə görüşünü indiyədək təşkil etməməsi olub.

Mümkündür ki, N.Paşinyan bundan əvvəlki Xankəndi səfəri zamanı “Qarabağ Ermənistandır” bəyanatına verilən sərt reaksiyanın ona baha başa gələcəyini anladığı üçün səhvini təkrarlamaq istəməyib. Reallıq budur ki, hazırda Ermənistana Azərbaycanın qəfil hücumundan sığortalanmaq çox vacibdir. Ancaq ekspertlər deyir ki, istənilən halda, Qarabağ separatçılarının “müstəqillik” şousuna reaksiya sərt olmalıdır.
Politoloq Elxan ÃÂahinoÃÂlu ile ilgili görsel sonucu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, “bəyanat müharibəsi” artıq yorucu xarakter daşıyır:“Artıq XİN deyil, Azərbaycan Müdafiə Nazirliyi sözünü deməlidir. Əgər Qarabağ separatçıları 2 sentyabrda ”müstəqillik"lərini qeyd edirlərsə, biz onlara işğalın necə baha başa gəldiyini anlatmalıyıq. Bu isə Azərbaycan XİN-in ənənəvi açıqlamaları ilə yox, Müdafiə Nazirliyinin cavabı ilə reallaşa bilər".
Qafar ÃÂaxmaqlñ ile ilgili görsel sonucu
Ermənişünas alim Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a dedi ki, ermənilərin “müstəqillik günü” elan etdikləri 2 sentyabrda vaxtilə Dağlıq Qarabağ ərazisində “referendum” keçirilib: “Bu, qeyri-qanuni referendumun nəticələrini Ermənistan daxil, heç bir ölkə tanınır. Demək, Ermənilərin bu ”bayram"ı özlərindən başqa heç kəsin diqqətini cəlb etmir. Ona hər il reaksiya versək, tədbirə qiymət vermiş oluruq. Məncə, bizim reaksiyamız həmişəki kimi olmalıdır. Dağlıq Qarabağdakı separatçı qurumun elan etdiyi “müstəqillik” anlayışı bizim üçün yox mənasındadır. Bunu bayram edənlər daha bir cinayətə imza atanlardır. Cəzalarını isə Qarabağı azad edəndən sonra verəcəyik". Paşinyanın bu tədbirlərə qatılmamasına gəldikdə, ekspert dedi ki, müxtəlif səbəbləri ola bilər: “Ola bilsin son zamanlar etdiyi bəyanatlara görə ağalarından qulaqburması alıb”.
Azərbaycan XİN-dən isə sorğumuza cavab olaraq bildirildi ki, məsələ nəzarətdədir və səfirliklər vasitəsilə zəruri işlər həyata keçiriləcək.

Sonda Paşinyanın düşdüyü ağır durumu isbatlayan daha bir şok məlumat: Ermənistanın “Mənim Addımım” Blokunun deputatı Edqar Arakelyan mandatından imtina edib. O, mandatından Paşinyanla yaşadığı fikir ayrılığı və Amulsar mədəni ətrafında yaranan situasiya ilə əlaqədar yox, şəxsi səbəbləri ucbatından imtina etdiyini bildirib. Paşinyanın yaxın ətrafı da artıq bu diletantdan üz çevirməkdədir...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın