sitename

Paşinyan Qarabağda sərsəmlədi, Bakıdan sərt cavab aldı

Ermənistanın baş naziri Xankəndində eyforiyaya qapılıb ağlına və ağzına gələni danışdı; İrəvan müharibə yolunu seçir?..

Hakimiyyətə gəldikdən sonrakı aylar ərzində “mən Ermənistanın baş naziri olaraq, yalnız Ermənistan adından danışıqlar apara bilərəm, lakin Dağlıq Qarabağın adından iştirak edə bilmərəm” deyən Nikol Paşinyan 2018-ci ilin mayından etibarən dediklərini unudub növbəti, ziddiyyətli bəyanatı ilə diqqəti özünə cəlb etmək istədi. Söhbət erməni baş nazirin 5 avqustda işğal altındakı Xankəndi şəhərində səsləndirdiyi fikirlərdən gedir.

Bundan qabaq “Dağlıq Qarabağ xalqı bizim seçkilərdə iştirak etmir, mənə səs verməyib. Onların öz prezidenti, öz parlamenti, öz hökuməti var və Qarabağ xalqı adından danışıqlar prosesində Qarabağ xalqı tərəfindən seçilmiş nümayəndələr danışmalıdır” kimi sərsəm iddialar səsləndirib Qarabağ separatçılarını danışıqlarda “tərəf” olaraq tanıtmağa cəhd edən Paşinyan bu metodun işə yaramadığını görüncə, “val”ı dəyişdi, bu dəfə tam əks mövqe sərgilədi, nə “Qarabağ prezidenti”, nə “baş naziri”. Nə də “spikeri” yada düşdü. Bir qədər ətraflı...

Ermənistanın baş naziri Nikol Paşinyan, gözlənildiyi kimi, avqustun 5-də axşam saatlarında Xankəndinin mərkəzi meydanındakı mitinqdə çıxış edib. Məlumatlara görə, Xankəndində 31 il əvvəl - erməni separatizminin yeni alovlandığı dövrlərdə səslənən “Birləşmək” (“miatsum”) şüarları bu gün də təkrarlanıb. Özü də Paşinyanın dilindən.

Ermənistan baş naziri deyib ki, İrəvanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü diplomatiyanın yekun məqsədi “miatsumdur”. Onun sözlərinə görə, münaqişənin nizamlanmasına dair istənilən qərar ancaq Ermənistan və Dağlıq Qarabağ əhalisinin ümumxalq dəstəyi ilə qəbul oluna bilər.
Paşinyanın bu sözlərinə meydana toplaşanlar “miatsum” qışqıraraq reaksiya veriblər. Paşinyan qeyd edib ki, Azərbaycanla aparılan danışıqların yekun məqsədi “Qarabağın öz müqəddəratını təyin etməsi yolu ilə əldə edilən nəticələri möhkəmləndirməkdir”. Onun sözlərinə görə, erməni hökumətini Qarabağa dair hansısa gizli qəsd planında ittiham etmək mənasızdır, çünki hökumətin belə planı yoxdur və olmayacaq. Hərçənd Paşinyan Qarabağ məsələsinin “sülh yolu ilə həllinə istiqamətləndiklərini” deyib, baxmayaraq ki, onun “miatsum” şüarı məsələnin sülh yolu ilə nizamlanmasına şans buraxmır.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàPaÃÂinyan xankÃÂndi
Heç şübhəsiz ki, Ermənistan hökumətinin başçısı bu cür artistlik etməklə özünü “qalib” kimi göstərməyə çalışır, eyni zamanda ona təhlükə yaradan Qarabağ klanını elə onların öz arqumentləri ilə - “miatsum” - tərk-silah etməyə cəhd göstərir.

Xatırladaq ki, bu gün Paşinyanı həbsxanadan hədələyən klan liderlərindən biri, eks-prezident Robert Köçəryan 1998-ci ildə vətəndaşı olduğu Azərbaycana asi çıxaraq, Xankəndi küçələrində “miatsum” qışqıran separatçıların önündə dayanırdı. Bu gün Paşinyan başqa vasitələrin işə yaramadığını görüb Köçəryanın sığındığı Qarabağ klanını zərərsizləşdirmək və hakimiyyətini qorumaq üçün köhnə “silah”a əl atıb. Bu metodların onun işinə nə dərəcədə yarayacağını demək çətindir. Amma bunlar ermənilərin öz davalarıdır, bizi maraqlandıran və narahat edən bu şouların və həyasızlıqların Azərbaycan torpaqlarında nümayişidir. Ermənilər 6 avqustdan “ümumerməni oyunları” adlı şouya da start veriblər ki, bu da separatçıların “müstəqil” olduqlarını iddia etmək sarıdan növbəti cəhddir. N.Paşinyanın, Qarabağ danışıqlarında Azərbaycan prezidenti ilə bir araya gələn şəxsin bu şouların baş qəhrəmanı kimi görünməsi və sərsəm bəyanatları açıq şəkildə beynəlxalq hüquqa meydan oxumaqdır, həm də faktiki olaraq danışıqlardan imtina mövqeyidir. Ekspertlərimiz da belə bir durumda danışıqların mənasının olmadığını deyirlər. 
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàPaÃÂinyan xankÃÂndi
“Paşinyan fəaliyyətinin ilk günlərindən işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılmış qanunsuz rejimi danışıq proseslərinə cəlb etməyə çalışıb və bütün ritorikasını bu amilin üzərində qurub. İlkin iddialar da ondan ibarət idi ki, Dağlıq Qarabağdakı ermənilər ona səs vermədikləri üçün o da həmin erməniləri təmsil edə bilməz. Xankəndindəki mitinq zamanı səsləndirdiyi fikirlər isə işğal edilmiş Azərbaycan torpaqlarının ilhaqı anlamına gəlir ki, bu da danışıqlar prosesinin əsas istiqamətlərindən biri olan ”münaqişə" amilini sıradan çıxardır".
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàElçin MirzÃÂbÃÂyli
Elçin Mirzəbəyli: “Bu, şübhəsiz ki, açıq-aşkar müharibə çağırışıdır”
Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsasvat”a açıqlamasında bildirdi. Analitikin fikrincə, Paşinyan öz çıxışı ilə bir daha təsdiqlədi ki, Azərbaycanla Ermənistan arasında hər hansı mübahisəli, yaxud münaqişəli məsələ yoxdur, işğal faktı var və bu faktı da yalnız hərb yolu ilə aradan qaldırmaq olar: “Bu iddia ilə Nikol Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli qərarlarının üzərinə qayıtdı. Qeyd edim ki, bu qərarlar SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 yanvar 1990-cı il tarixli qərarı ilə konstitusiyaya zidd olduğu üçün qanunsuz elan olunmuş və ləğv edilmişdi”.

E.Mirzəbəyli erməni baş nazirin ziddiyyətlər üzərində qurulmuş fəaliyyətinə diqqət çəkdi: “Nikol Paşinyan daha öncə Dağlıq Qarabağın müstəqil hüququn subyekti kimi danışıqlar prosesində iştirakını ortaya atmaqla prosesi atəşkəsə qədərki müstəviyə, daha dəqiq desək, Minsk prosesinin başladığı dönəmə qaytarmağa cəhd göstərirdi. İndi isə Minsk prosesindən daha əvvələ, separatizm dalğasının başladığı mərhələyə qaytarmağa cəhd göstərir. Bu, şübhəsiz ki, açıq-aşkar müharibə çağırışıdır”.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàPolitoloq MÃÂhÃÂmmÃÂd ÃÂsÃÂdullazadÃÂ
Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, danışıqların mənası qalmayıb: “Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərdə ”Qarabağ Ermənistandır" bəyanatını aparılan danışıqların sonu kimi qiymətləndirirəm. Nikol  prezident İlham Əliyevlə şifahi razılaşmanın və xarici işlər nazirlərinin Moskva və Vaşinqton görüşlərinin üstündən xətt çəkdi. Demək, Paşinyan bir daha bununla müharibə tərəfdarı olduğunu göstərmiş oldu. Bununla o, nəticəsiz danışıqların müharibə müstəvisinə keçməsi üçün Azərbaycana fürsət vermiş olur. Rəsmi Bakı hərəkətə keçməli, cəbhədə ciddi hərəkətə keçməlidir. Paşinyanın bu bəyanatı verməklə Ermənistanın kursunu dəyişdirməyə çalışır".
M.Əsədullazadənin sözlərinə görə, Rusiya təbii ki, regionda yeni müharibənin alovlanmasını istəməyəcək: “Paşinyana Qarabağla bağlı təzyiqlərini artıra bilər. Paşinyana ona görə müharibə lazımdır ki, mümkün qədər öz siyasi mövqeyini daha da möhkəmləndirsin”.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàHikmÃÂt Hacñyev
Hikmət Hacıyev: “Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”

Rəsmi Bakı sərsəm bəyanatları ilə daxildə xal toplamağa çalışan Paşinyana tutarlı cavab verib. “Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində ”Qarabağ - Ermənistandır" sözlərini qəti şəkildə rədd edirik". Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Cənab Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ - Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Azərbaycan dövləti və xalqı Ermənistanın işğalçılıq və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünü pozması ilə heç vaxt barışmayacaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək. “Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidir”, - deyə Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.

H.Hacıyev bildirib ki, bu açıqlama ilə Ermənistanın baş naziri, həmçinin özü-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyyat və yalandan başqa bir şey olmadığını etiraf edir. Bununla Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb.
“Ermənistan rəhbərliyini əmin etmək istərdik ki, Ermənistanın 2050-ci ilədək inkişafına dair səsləndirilən məqsədlər utopiya olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyil. Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir”, - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.

Azerbaycanrealligi.com




Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 776
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 368
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 498
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 905
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar