“Sədərək” ticarət mərkəzində güclü yanğın başladı - FOTO və VİDEO

04, 08, 19
19:25

“Sədərək” ticarət mərkəzində güclü yanğın başladı - FOTO və VİDEO


“Sədərək” ticarət mərkəzində yanğın başlayıb.

Azerbaycanrealligi.com Qaynarinfo-ya isitnadən xəbər verir ki, yanğın “Şirniyyat” bölməsinin anbarında müşahidə edilir.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunsa da, yanğının qarşısını almaq mümkün olmayıb. Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 7 nəfər FHN əməkdaşı tüstüdən zəhərlənmə ilə Toksikologiya Şöbəsinə yerləşdirilib.

"Sədərək" ticarət mərkəzində yanğın davam edir.

Hadisə zamanı tüstüdən zəhərlənənlərə təcili yarım əməkdaşları tibbi yardım göstərib. Zəhərlənənlər arasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da var. 

Fövqəladə Hallar Nazirliyi "Sədərək" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.





Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın