sitename

Mübariz Mənsimov Vahid Ələkbərovu məğlub etdi: “LUKOİL” “PALMALİ”YƏ TƏZMİNAT ÖDƏYƏCƏK - VİDEO


Rusiyanın ən iri neft şirkətlərindən olan “Lukoyl” şirkəti “Palmali” şirkətlər qrupuna 260,9 milyon rubl təzminat ödəyəcək.

Azerbaycanrealligi.com bildirir ki, bu, “Palmali Gəmiçilik” şirkətinə məxsus neft tankerlərini icarəyə götürdüyü üçün “Lukoyl”un üzərində yaranan borcdur.

Qeyd edək ki, müvafiq qərar “Palmali”nin Rostov filialının iddiasını təmin edən Həştərxan arbitraj məhkəməsi tərəfindən qəbul edilib. İddia “Lukoyl” şirkətinə daxil olan “Lukoyl-Nijnevoljskneft” müəssisəsinə qarşı irəli sürülmüşdü.

Məhkəmənin qərarına əsasən, “Lukoyl”un törəmə müəssisəsi olan “Lukoyl-Nijnevoljskneft” 260,9 milyon rubl vəsaiti bağlanmış müqavilələrə görə neft tankerlərini icarəyə götürdüyü üçün ödəyəcək. Neft məhsullarını daşımaq üçün tankerləri isə Azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” Şirkətlər Qrupuna daxil olan “Palmali Gəmiçilik” şirkəti verirdi. İş üzrə materiallarda həmin tankerlərin istifadə edildiyi regionlar göstərilmir. Lakin “LUKoil”un saytında göstərilir ki, bu şirkət Xəzər və Azov dənizlərində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğuldur.

Onu da xatırladaq ki, “Palmali” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən Türkiyənin “Palmali Denizçilik” şirkəti Rusiyanın neft nəhəngi “LUKoil”in “Litasco” şirkətini məhkəməyə vermişdi.

AZƏRTAC “reuter.com”a istinadla xəbər verirdi ki, Xəzər dənizində daşıma ilə məşğul olan ən böyük şirkətlərdən biri “Palmali” müqavilə qaydalarını pozduğu səbəbi ilə “Litasco”dan 2 milyard dollarlıq təzminat tələb edir.


Azerbaycanrealligi.com



Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 776
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 368
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 498
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 905
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar