Türkiyədə oğlu vəhşicəsinə qətlə yetirilən ana fəryad edir: “Qatillər azadlıqda gəzir” - VİDEO

27, 07, 19
09:23

Türkiyədə oğlu vəhşicəsinə qətlə yetirilən ana fəryad edir: “Qatillər azadlıqda gəzir” - VİDEO


2016-cı ildə Türiyənin İstanbul şəhərində dəhşətli qətl hadisəsi baş verib. Nəticədə Naxçıvan MR Şərur rayon Axaməd kənd sakini Vəlizadə İbrahim İsmayıl oğlu 11 bıcaq zərbəsi alaraq, vəhşicəsinə qətlə yetirilib. Azerbaycanrealligi.com xəbər verir ki, Mərhumun anası Gülüş Vəliyeva Azinforum.az İnformasiya Portalına verdiyi açıqlamada bildirib ki, oğlunun qatilləri onlara və istintaqa məlum olsa da, hələ də həmin adamlar həbs edilməyib.

Zərəçəkən ana hətta qətlin kimlər tərəfindən törədildiyinə dair konkret adlar da çəkir. Bildirir ki, qətl ailə münaqişəsi zəmnində baş verib, oğlun qaynı və başqa yaxın qohumalrı tərəfindən törədilib. Gülüş Vəliyeva deyir ki, 4 ildir Türkiyədə müraciət etmədiyi rəsmi instansiya qalmayıb, ancaq qatillər nədənsə cəzalandırılmır.

Şikayətçi bildirir ki, hətta qətldə şübhəli bilinən şəxslərdən biri hazırda Azərbaycandadır. Ana ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Türkiyənin prezidenti Racəb Tayyib Ərdoğandan oğlunun qatillərinin tapılıb cəzalandırılmasına dair xahiş edir. Gülüş Vəliyevanın Azinforum.az-a verdiyi videomsahibəni təqdim edirik. Azinforum.az olaraq müsahibədə adları çəkilən hər bir şəxsin də fikirlərinə yer verməyə hazır olduğumuzu bildiririk. Qeyd edək ki, Gülüş Vəliyeva ilk olaraq ölkədə ən reytinqli verilişlərdən olan, Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni Axtarıram” proqramına müraciət edib. Onun üzləşdiyi problem həmin veriliş tərəfindən ətraflı işıqlandırılıb.

VİDEO


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın