Azərbaycanın ən baxımlı internet televiziyası olan Kanal13.Tv-yə hakker hücumu - VİDEO

26, 07, 19
21:23

Azərbaycanın ən baxımlı internet televiziyası olan Kanal13.Tv-yə hakker hücumu - VİDEO


Bu gün Azərbaycanın youtube platformasında yayımlanan Kanal13.TV internet televiziyasının sosial media hesablarına kiber cinayətkarlar qrupu tərəfindən hakker hücumu baş verib. Azerbaycanrealligi.com məlumat verir ki, hücum nəticəsində kanala məxsus olan 199 min izləyicisi olan facebook səhifəsi və 200 min izləyicisi olan instagram səhifəsi ələ keçirilib. Kanal13 təsisçisi Əziz Orucov bildirir ki, bunlar çox ciddi basqılardır: "Faktiki olaraq hücum təhlükəsi ilə üzbəüzük, abunə sayımızı itirməklə yanaşı həm də instagram, facebook hesabımızı itirmişik. Faktiki olaraq hesab tutulubdur", - deyə Orucov bildirib. Daha sonra kanalın əməkdaşları sosial şəbəkədə məlumat yayaraq facebook, instagram izləyicilərini onların youtube kanalına abunə olmağa çağırıblar. Qeyd edək ki, Kanal13 internet televiziyası Azərbaycan daxilində azad mətbuat ocaqlarından hesab olunur. Elə buna görə də kanala basqılar tez-tez olur. Kanal13 internet televiziyası kanalının Azərbaycan bürosunun rəhbəri Əziz Orucov bir neçə il bundan əvvəl şərlənərək 6 il azadlıqdan məhrum olunmuşdur. Daha sonra o, Ali Məhkəmənin qərarı ilə şərti olaraq azadlığa çıxmış, hal-hazırda da şərti məhkumluq həyatı yaşayır.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın