sitename

Saleh Məmmədovun “12 milyonluq” villası? – Video

Saleh MÉmmÉdovun â12 milyonluqâ villası? â Video
 Sosial şəbəkə istifadəçilərindən biri Nabranda yerləşən bir villanın fotosunu paylaşaraq, onun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova aid olduğunu bildirib.

Azerbaycanrealligi.com Axar.az-a istinadən xəbər verir ki, istifadəçi villanın 40 otaqdan ibarət olduğunu, 1 ilə tikildiyini və 12 milyona başa gəldiyini də iddia edib.

Maraqlıdır ki, bəzi saytlar hətta bu qeyri-səhih məlumatı xəbərə də çeviriblər.

Əlbəttə, villanın kimə məxsus olması mübahisələndirilsə də, “40 otaq” və “12 milyonluq” ifadələri ilk baxışdaca şübhə oyadır. Fotoda görünən bu villa doğrudanmı 40 otaqlı və 12 milyon dəyərində ola bilər?

Bununla bağlı Axar.az-a açıqlama verən əmlak eksperti Ramin Osmanlı deyib ki, fotoları yayılan villanın 40 otaqdan ibarət olması mümkün deyil:

“Bunu pəncərələrin sayından da müəyyən etmək olar. Pəncərələrinin sayına və villanın kənardan görünüşünə əsasən ölçülərinin 15-in 15-ə olduğunu demək olar. Villanın iki mərtəbə, mansard, ən altda isə texniki mərtəbə olduğunu nəzərə alsaq, deyə bilərik ki, villa 2 mərtəbədən artıq deyil. Villaya 15-in 15-ə ölçüləri ilə yanaşsaq və təqribən hər mərtəbəsini ümumilikdə 225 kvadrat hesablasaq, evin maksimal sahəsi 750-800 kvadrat metr edir.

Villanın içinin təmiri ilə bağlı məlumatımız yoxdur. Standart təmirli olduğunu nəzərə alsaq, fotolara nəzərən, həyətyanı ərazisini təqribən 10 sot olaraq götürsək, bu villanın maksimum milyon yarım qiyməti ola bilər. Əlbəttə, tam peşəkar qiymət müəyyən etmək üçün evin dəqiq ölçülərini, yerləşdiyi ərazini və təmir səviyyəsini bilmək vacibdir”.

Göründüyü kimi, villanın dəyəri və imkanları haqda olan qeyri-səhih informasiya bütövlükdə paylaşımın mahiyyətini şübhə altına alır.
Saleh MÉmmÉdovun â12 milyonluqâ villası? â Video
Saleh MÉmmÉdovun â12 milyonluqâ villası? â Video

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 795
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 384
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 506
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 911
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar