Bakıdan düşmənə müharibə mesajı – “Tam hazırıq...”

21, 06, 18
10:32

Bakıdan düşmənə müharibə mesajı – “Tam hazırıq...”

 

Hərb nazirimiz “artıq Laçına gedən yol nəzarətimizdədir”, dedi; hərbi parad ərəfəsi arsenalımızdakı yeni dağıdıcı silahların anonsu verildi, işğalçının qorxulu röyası olan “Dəmir günbəz” raketdən müdafiə sisteminə işarə vurdu... 

İyunun 20-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib (APA). Xəbər verilir ki, nazir öncə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.
Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsində praktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını izləyib. Təlim məşqlərin sonunda  poliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
*****
Hərb nazirimiz Ali Baş Komandan, prezident İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib. O, hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan islahatlar, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifələr və tapşırıqlar barədə KİV nümayəndələrinin suallarını cavablandırıb.
Bu xüsusda o, son vaxtlar həm Azərbaycanda, həm də işğalçı Ermənistanda ciddi müzakirə mövzusu olan Naxçıvan əməliyyatı barədə də danışıb. Muxtar respublikanın Ermənistanla sərhədində çox uğurlu bir əməliyyatın keçirildiyini bildirib.
*****
 
Zakir Həsənov “Düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır. Lakin onlar bunda da bizə uduzurlar”, deyib. Belə ki, nazir düşmənin iddialarının əksinə olaraq, neytral torpaq anlayışının olmadığını  söyləyib: “Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.
Naxçıvan əməliyyatı ilə bağlı nazirlik videorolik də yayımlayıb. Buradaca yada salaq ki, düşmən ölkənin Müdafiə Nazirliyi guya Azərbaycanın heç bir əməliyyat keçirmədiyini, sadəcə, erməni tərəfinin guya humanistlik göstərərək və Günnüt kəndinin sakinlərinin xahişini nəzərə alaraq, onların kənd qəbiristanlığına baş çəkməsinə şərait yaratdığını iddia edirdi. Bununla bağlı öz ictimaiyyətini sakitləşdirmək üçün erməni tərəfi hətta video da yaymışdı. Hərçənd həmin videodan heç nə anlaşılmırdı.
Zakir HÉsÉnov Poliqonda ile ilgili görsel sonucu
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı video isə düşmənin yalanını bütünlüklə üzə çıxarır. Bir daha qənaət hasil olur ki, ordumuzun Naxçıvan bölmələri ermənilərin yeni populist baş naziri Nikol Paşinyana həqiqətən yaxşı “sürpriz” edib, onun imicinə ciddi zərbə vurub. Ən əsası, Zakir Həsənovun dediyi kimi, əməliyyat nəticəsində Laçına gedən yol bütünlüklə ordumuzun nəzarətinə keçib ki, bu da Qarabağda böyük antiteror əməliyyatı başlayacağı halda mühüm strateji və taktiki üstünlüyümüzün təmin olunması deməkdir. Çünki daha o yolla Ermənistan rahat şəkildə separatçılara silah-sursat və hərb texnika daşıya bilməyəcək.
O ki qaldı hava yoluna, məlumdur ki, Azərbaycanın müasir hava hücumundan müdafiə qüvvələri Xocalı hava limanı da daxil, Qarabağın və işğal altındakı digər ərazilərimizin hava məkanını da nəzarətdə saxlayır.
*****
“Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb”. Bunu da bunu müdafiə naziri görüşdə deyib. Nazir habelə bütün döyüş maşınlarının yeniləndiyini söyləyib: “Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək”.
Zakir HÉsÉnov Poliqonda ile ilgili görsel sonucu
Həsənov həmçinin vurğulayıb ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: “Bu gün biz ən müasir, uzaq vuran raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən yerüstü və hava hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək”.
“İyunun 26-da raket hücumu əleyhinə qalxan sistemi da nümayiş etdiriləcək”. “Yeni Müsavat” “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bunu da hərb nazirimiz dünənki mətbuat  konfransında söyləyib. “Çoxları deyir ki, Azərbaycanda belə sistemlər ola bilməz. Ancaq paradda görəcəksiniz ki, onlar nədir. Bu yalnız alınan yeni silahların bir qismidir”, - deyə o, düşməni təlaşa salacaq tonda bildirib.
Zakir HÉsÉnov Poliqonda ile ilgili görsel sonucu
Lakin müdafiə naziri konkret hansı qalxan sistemindən söhbət getdiyini dəqiqləşdirməyib. Ancaq şübhə yox ki, söhbət İsrail istehsallı “Dəmir günbəz” raketdən (havadan) müdafiə sistemlərindən gedir. Hansı sistemlər ki, heç Rusiyanın özündə də yoxdur və yüksək dəqiqliyi ilə seçilir. Bakı bu sistemləri almaq üçün uzun müddət İsrail tərəfi ilə danışıqlar aparırdı. Bu sistemlər Bakının energetik infrastrukturunu və neft-qaz yataqlarını düşmənin raket hücumundan mühafizə eləmək üçün də misilsiz əhəmiyyət daşıyır...
Zakir HÉsÉnov Poliqonda ile ilgili görsel sonucu
Zakir Həsənov daha sonra deyib ki, Azərbaycan prezidenti qarşıya vəzifə qoyub ki, ordunun döyüş hazırlığının real döyüş hazırlığı vəziyyətinə gətirilməsi təmin edilsin. “Bir neçə ilə biz qarşımıza qoyulan vəzifələri tam yerinə yetirəcəyik. Söhbət həm də döyüş maşınlarının yenilənməsi və modernləşməsindən, yeni artilleriya sistemlərinin alınmasından gedir. Azərbaycan ordusu 90% avtomatlaşdırılmış idarə sistemləri ilə təchiz edilib. Bu yöndə nəhəng işlər aparılır”, - deyə nazir sonda əlavə edib.
*****
Hərb nazirimizin bu açıqlamaları şübhəsiz ki, ilk növbədə işğalçı Ermənistana hədə kimi mesajdır ki, nə qədər gec deyil, daşı ətəyindən töksün, Azərbaycanın işğal altındakı ərazilərini boşaltmağa başlasın. Əks halda, bunu Azərbaycan ordusu etməli olacaq...     

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın