Göyçayın icra başçısı məmurlardan rüşvət tələb etdi, onlar isə buna etiraz olaraq istefa ərizəsi yazdılar - FOTOLAR

30, 06, 19
11:04

Göyçayın icra başçısı məmurlardan rüşvət tələb etdi, onlar isə buna etiraz olaraq istefa ərizəsi yazdılar - FOTOLAR


Göyçay rayonunda məmurlar kütləvi şəkildə işdən çıxmaq üçün ərizə yazırlar.

Azerbaycanrealligi.com xəbər verir ki, Göyçay rayonunda 61 nəfər məmur vəzifədən çıxmaq üçün yerli icra hakimiyyətinə rəsmi müraciət ünvanlayıb. 

İşdən çıxmaq üçün edilən kütləvi müraciətlərdə səbəb kimi səhhətlərində yaranan problem olduğunu bildirsələr də, əldə etdiyimiz digər məlumata görə kütləvi işdənçıxmaların səbəbi Göyçay rayon İcra Hakimiyyətinin başçısının idarəçiliyi ilə bağlıdır.

Belə ki, idarə və müəssisə rəhbərləri, kənd icra nümayəndələri, kənd bələdiyyə sədrlərinin başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmalarına səbəb icra başçısı Mehdi Səlimzadənin onlardan külli miqdarda rüşvət tələb etməsi iddiasıdır.

Məlumat üçün onu da qeyd edək ki, ərizə yazılma prosesi haqqında prezident aparatına məlumat verilib.

Azerbaycanrealligi.com saytının əldə etdiyi ərizələrin bir qisminin surətlərini oxucularımıza təqdim edirik. 
















Hazırladı: Analitik şöbənin müdiri, araşdırmaçı jurnalist Vüqar Məmmədağayev  

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın