sitename

"İntekst" tikinti şirkəti tərəfindən aldadılan yüzdən artıq vətəndaş Nərimanov Rayonu İcra Hakimiyyəti qarşısında aksiya keçirtdi. - VİDEO və FOTOLAR


Nazirlər Kabinetinin 86 saylı qərarından sonra Bakının bir çox rayonları ərazisində istismar müddəti bitmiş binaların, evlərin sökülməsi prosesinə başlanıldı. Bu proses zamanı şəhərin müxtəlif rayonlarında binalar söküldü, bəzilərinin yerində yeniləri tikildi, bəzilərinin sakinləri isə ortada qaldı. Elə Nərimanov rayonu Firdovsi Məmmədov, Təbriz, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yaşayan sakinlər kimi. Bu gün "İntekst" tikinti şirkəti tərəfindən aldadıldığını iddia edən 100-ə qədər vətəndaş Nərimanov Rayon İcra Hakimiyyəti qarşısında aksiya keçirib.

Azerbaycanrealligi.com xəbər verir ki, şikayətçi Vətəndaşların nümayəndəsi Məmməd Əliyevin sözlərinə görə, 2017-ci ilin iyin ayından etibarən 380 ailə ərazidən köçürülüb: "Bizə dedilər ki, iki il müddətinə 20 faiz artımla yeni mənzillə təmin ediləcəksiniz. Hətta bildirdilər ki, həmin müddət ərzində ayın 1-5-i arasında aylıq kirayə haqqı ödəyəcəklər. İndi də aradan 2 il keçib və bizim sökülən evlərimizin yerində heç bir iş görülməyib".

Sakinlər hesab edir ki, şirkət rəhbərliyi onları aldadır. Çünki bu müddət ərzində nə ev tikilib, nə də heç bir iş görülməyib. Əvvəllər bu ərazilərdə 420 ailə yaşayırmış. Sonradan şirkət onlardan 380-ni müəyyən bildiriş və müqavilələrlə təmin edərək mənzillərindən çıxarıb və evləri söküb."Qalan sakinlər şirkətin bizi aldatdığını görüb köçmədilər. İndi biz qalmışıq ortada. 2017-ci ilin iyunun 1-dən etibarən mən o evdən çıxmışam. Kirayə haqları vaxtlı-vaxtında verilmir. Sakinlərin 70 faizi hələ kirayə haqqını almayıb" – deyə Məmməd Əliyev bildirib.

Digər sakinlər də aldadıldıqlarını iddia edirlər. Tikinti şirkətinin ərazidən çıxara bilmədiyi 30-a yaxın ailə isə çox acınacaqlı vəziyyətdə yaşayır. 70 yaşlı Nüşabə Muxtarovanın sözlərinə görə, 40 ildən artıqdır bu ünvanda yaşayır. Tikinti şirkəti onu mənzilindən çıxara bilməyib: "Mənə bir neçə dəfə evdən çıxmaq üçün xəbərdarlıq edildi. Amma dedim ki, ya mənə ev versinlər, ya da mənzilimin pulunu. Əks halda çıxmayacağam. Bundan sonra mənə dəyən olmadı. Amma evimin dörd bir yanı sökülüb. Bir balaca külək olan kimi evim silkələnir. Qorxa-qorxa yaşayıram".

Qeyd edək ki, ərazidə fərdi evlər sökülüb, amma yerləri təmizlənmədiyi üçün xarabalığı xatırladır. Yaxınlıqda isə məcburi köçkün ailələri yaşayır. Bəziləri zirzəmidə, bəziləri uçulmaq təhlükəsində olan mənzillərdə. Yaxınlıqda yaşayan Fizuli rayon köçkünü Zemfira Rəfiyevanın sözlərinə görə, burada 9 məcburi köçkün ailəsi yaşayır: "Bizə də evimizdən çıxmaq barədə xəbərdarlıq edilib. Amma bizə heç nə vəd edilməyib. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Bizimlə maraqlanan yoxdur".

Aksiya zamanı əraziyə şirkətin nümayəndəsi Fərid Qəhrəmanov sakinlərə bildirdi ki, tez bir zamanda binanın tikintisinə başlanılacaq. O, xahiş etdi ki, vətəndaşlar şirkətə daha 10 gün vaxt versinlər. Qeyd edək ki, söhbət 5 hektar ərazidən gedir. Yazı hazırlanarkən vətəndaşların nümayəndəsi Məmməd Əliyev bizimlə əlaqə saxlayaraq bildirdi ki, Nərimanov Rayon İcra Hakimiyyətindən vətəndaşlara 2-3 gün müddətində şirkətə verilən sərəncamın ləğv ediləcəyi bildirilib. Və qeyd edilib ki, binanın tikintisi yeni bir şirkətə həvalə ediləcək.


VİDEO


Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 776
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 368
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 498
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 905
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar