"Atamı Cəlilabad prokuroru çərlədib öldürdü" - Şok ittiham - Video

20, 06, 18
19:31

"Atamı Cəlilabad prokuroru çərlədib öldürdü" - Şok ittiham - Video

Xocalıdan olan məcburi köçkün Səfər Cavadovu Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov məhkəməyə verib. Bu haqda o, Azerbaycanrealligi.com xəbər saytına göndərdiyi video-müraciətdə bildirmişdir. O, ailə münaqişəsi zəminində baş vermiş hadisəni rayon prokuroru tərəfindən ört-basdır olunduğunu qeyd edir. Həmçinin, rayon prokuroru Tariyel Ələkbərov başda olmaqla bir neçə məmurun da ünvanına sərt ittihamlar səsləndirir. Belə ki, məcburi köçkün aşağıdakıları iddia edir:

"Cəlilabad rayon prokuroru Tariyel Ələkbərovun Daxili İşlər Naziri Ramil Usubovla şəxsi qərəzliyi olduğu üçün bütün Xocalıdan olan məcburi köçkünlərlə düşmənçilik edir. Bundan əlavə, Xocalılara qarşı, həmçinin, içində bir nifrət də var. Xocalıdan olan adam görəndə sanki qutuda ilan görür. Atamın ölməsində birbaşa Tariyel Ələkbərov günahkardır. Atam Qarabağ əlilidir. Tariyel Ələkbərov atamı çərlədib öldürdü. Ermənistan baş naziri Qarabağa gedir, Qarabağ əlilinin əlindən öpür, amma Tariyel Ələkbərov Qarabağ əlili olan atamı xəstə olmaya-olmaya, səhhətində heç bir problem olmadığı halda bu hadisəyə görə çərlədib öldürdü. Mən qorxmadan Tariyel Ələkbərova deyirəm ki, Qarabağda ermənilərdən qorxmadım ki, güllə ilə məni vura bilərlər, amma indi XXI əsrdə öz Vətənimdə ədalətdizliyin qələbə çalmasından qorxuram. Terrorçu, başkəsən Paşanyan bu gün öz xalqına verən dəyəri siz bu Vətən üçün saglamlığını itirən mənim Qarabağ əlili olan atama vermədiniz. Sizin boş-boş təzyiqləriniz məni qorxutmur".

 Daha ətraflı videoda 


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın