Prokuror İkram Rəhimova 6 il 6 ay cəza istədi

09, 06, 19
14:50

Prokuror İkram Rəhimova 6 il 6 ay cəza istədi


Azerbaycanrealligi.com saytının verdiyi məlumata görə, bu gün (07.06.2019) Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Reallıq.info" saytının təsisçisi və Baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Hakim Əlövsət Abbasov məhkəmə istintaqın bitdiyini bildirdi.İkram Rəhimovun vəkili Elçin Sadıqov hakimin bu qərarına etirazını bildirərək qeyd etdi ki, "istintaq orqanı tərəfindən zərərçəkən və şahid qismində Raqub Mirzəyev ifadə verməyib.Çünki bütün məhkəmə prosesində zərərçəkənlər hamsı onun şahid olduğunu və onun vasitəsilə İkram Rəhimova pul verildiyini bildirirdilər.Həmin şəxs gəlsin şahid və zərərçəkən qismində ifadə versin".

Hakim Əlövsət Abbasov bildirdi ki,o xəstədi məhkəməyə gələ bilmir.Dəfələrlə teleqram göndərmişik,Raqub Mirzəyev isə xəstəliyi ilə bağlı gələ bilməyəcəyini bildirib.İkram Rəhimovun vəkili Elçin Sadıqov növbəti şahid Bəxtiyar Həsənovun ifadə verilməsi üçün şərait yaradılmasını tələb edib.Hakim Əlövsət Abbasov isə buna ehtiyacın olmadığını bildirib.

Məhkəmədə Prokrora çıxış etdi.O İkram Rəhimova CM 182.2 maddəsi ilə təqsirli bilinərək altı il, beş ay həbs istədi və üç ilə jurnalistika fəaliyyəti ilə məşğul ola bilməməsini höküm əlavə olunmasını hakimdən istədi.

Növbəti məhkəmə prosesi 12iyun saat 15-00- davam etdiriləcək.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın