24 İyun birlik yürüşü və Vahid Mlli Güc ittifaqının qurulması ilə bağlı Hürrü Əliyev görüşlərə başladı - FOTO
24 İyun birlik yürüşü və Vahid Mlli Güc ittifaqının qurulması ilə bağlı Hürrü Əliyev görüşlərə başladı - FOTO
Azerbaycanrealligi.com xəbər verir ki, Bəyaz Hərəkat 2 həftədən artıq müddətdir ki sosial media üzərindən xəbər verdiyi 24 iyun Əbülfəz Elçibəyin doğum günü - Türklük günü münasibəti ilə Birlik Yürüşünün təşkili və keçirilməsi təşəbbüsü ilə əlaqədar bütün siyasi-ictimai təşkilatlara rəsmi müraciət məktubu ünvanlamışdır. Bu münasibətlə BH rəhbərliyi 24 iyun yürüyüşünün və Vahid Milli Güc İttifaqının (VMGİ) yaradılması ilə əlaqədar bir sıra aparıcı siyasi təşkilatlarla görüşlərə başlamışdır.
İlk olaraq 06.06.2019 tarixində Milli Düşüncə Mərkəzinin (MDM) rəhbəri İsa bəy Qənbər ilə Bəyaz Hərəkatın sədri Hürrü bəy Əliyev arasında çox səmimi və müsbət görüş keçirilmiş, önəmli mövzular müzakirə olunmuşdur. Görüşdə təklif və təşəbbbüsləri nəzərdən keçirən İsa bəy, Bəyaz Hərəkatın bu birlik layihəsinə yüksək münasibət bəsləyərək təqdir etdi və Birlik Yürüşündə iştirak edəcəklərini bildirdi. Yürüyüş ilə yanaşı həmçinin VMGİ-nin qurulmasına dair ilkin razılıq da əldə olundu.
Beyaz Herkat teskilat komitesi
Azerbaycanrealligi.com