sitename

Fazil Məmmədovun 5 kadrı istintaqa cəlb olundu - şok maliyyə fırıldaqları

Vergilər Nazirliyində antikorrupsiya əməliyyatı-sabiq nazirin dövründə başlamış vergi yeyintiləri üzə çıxdı; Vergilər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yaydı...

Vergilər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Birgə məlumatda deyilir ki, Vergilər Nazirliyindən bir sıra ərazi vergilər idarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu haqda Baş Prokurorluqdan daxil olan məlumatda deyilir: 

“Aparılmış araşdırmalarla 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xızı və Siyəzən rayonları üzrə maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldaraq, həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb”.
BaàProkurorluq ile ilgili görsel sonucu
Qeyd olunub ki, bundan başqa, Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun eyni qaydada rayon maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ümumilikdə 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan material üzrə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla həmçinin 5 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi Eldəniz Əzizov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi Elnur Mənsimovun eyni qaydada müvafiq maliyyə idarələrindən daxil olmuş ödəniş sənədlərinin (qəbzlərin) işlənilməsi zamanı 38 min manat vəsaiti faktiki ödəniş təyinatından yayındırmaqla ayrı-ayrı vergi ödəyicilərindən nağd şəkildə alınmış və büdcəyə ödənilməmiş vəsait əvəzinə onların şəxsi hesab vərəqələrinə vergi ödənişi kimi qeydiyyatını aparmaqla vergi ödəyicilərindən vergi ödənişi kimi nağd şəkildə alınmış həmin məbləği mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb.
VergilÃÂr nazirliyi ile ilgili görsel sonucu
Göstərilənlərlə yanaşı, 13 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Ziya Paşayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2017-2018-ci illər ərzində Qax Rayon Maliyyə İdarəsindən təhvil aldığı vergi və rüsumlarla bağlı 47 min manat dəyərində ödəniş qəbzlərini skan edərək ora əvvəldən tanıdığı bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi kodu, ödəyicinin adı, VÖEN və vergi məbləği haqda yenidən qeydiyyat apararaq rəsmi sənədi saxtalaşdırmasına əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Vergilər Nazirliyi üzrə əmrlərlə xidməti fəaliyyətlərinin icrası zamanı yol verdikləri qanunazidd əməllərə görə müvafiq ərazi vergilər idarələrinin 4 əməkdaşının vergi orqanlarında xidmətlərinə xitam verilmiş, 4 əməkdaş isə müvəqqəti olaraq tutduqları vəzifədən kənar ediliblər.
Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı bundan sonra da Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi davam etdiriləcək.

Sabiq vergilər naziri Fazil Məmmədovun çevrəsində həbs hazırlıqlarının aparılması haqda məlumatlar ötən ilin əvvəlindən vardı. Həmin məlumatlarda bildirilirdi ki, vaxtilə Fazil Məmmədova yaxınlığı ilə seçilən və yerlərdə vətəndaşlara qan udduran kadrları barəsində dosye toplanır. Hətta bir neçə kadrına qarşı müxtəlif dövlət orqanlarının iddiaçı qismində məhkəmələrə şikayətlər göndərməsi xəbəri də yayılmışdı. Fazil Məmmədovun ətrafında olan, illərlə ona güvənib hər cür qanunsuzluqlara yol verənlərin cəzalandırılacaqları gözlənilən idi. Onların bir çoxunun həbs ediləcəyi bildirilirdi.
fazil mÃÂmmÃÂdov ile ilgili görsel sonucu
Məlumdur ki, Fazil Məmmədovun ətrafında olan bir neçə icra başçısı da var ki, onlar vaxtilə Vergilər Nazirliyində çalışıblar. Bu gün isə icra başçısı kimi yerlərdə böyük narazılıq ocaqları yaradıblar və hələ ki vəzifələrində qalırlar. Gələn məlumatlar onu deməyə əsas verir ki, 2019-ci il  Fazil Məmmədov və onun ətrafında olanlar üçün çox çətin günlərlə yadda qalacaq. “Maliyyə xəyanətində” suçlandırılan Fazil Məmmədovun ölkə daxilindəki aşkar və gizli olan bütün əmlakları siyahılaşdırılıb. Fazil Məmmədov özünün müflis olması haqda məlumatlar yaymasından sonra onun kadrları haqda araşdırmaların başlanması xəbərini təsadüfi hesab etmək olmaz. Onun sahibkarlardan taladığı və xaricə çıxara bildiyi milyardların geri qaytarılması prosesi ləng də olsa gedir. Görünən budur ki, Fazil Məmmədovun ətrafında körükləmə işləri başlayıb.

Xatırladaq ki, F.Məmmədov vəzifədə olarkən, 2016-cı ilin yanvarında prezident keçirdiyi müşavirədə onun fəaliyyətini sərt tənqid etmişdi. “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb, 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır” - deyə prezident bildirmişdi.

Sonrakı  müşavirələrdə də F.Məmmədovun yarıtmaz fəaliyyəti bir daha qabardılmışdı. Məlum olmuşdu ki, bir çox sahibkarlardan 2016-cı ildə 2017-2018-ci illərdə ödəyəcəkləri vergilər əvvəlcədən alınıb. Fazil Məmmədov vəzifəsini itirəndən sonra onun cəzalandırılacağı da istisna olunmurdu. Gerçəkləşdirilən son əməliyyat-istintaq tədbirlərinin Fazil Məmmədova qədər uzana biləcəyi ehtimalı da var.

Azerbaycanrealligi.com

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 460
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 000
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 291
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 506
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar