sitename

Fizuli Məmmədov jurnalist Fuad Abbasova dəstək verməyə hazırdır


Tanınmış jurnalist Fuad Abbasovun Moskvada həbsindən sonra Rusiyada yaşayan azərbaycanlılar onun hüquqlarının müdafiəsinə dəstək verməsi üçün Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədova müraciət edib.

Azerbaycanrealligi.com xəbər verir ki, Bu haqda Musavat.com-a açıqlama verən Fizuli Məmmədov bildirib ki, azərbaycanlı kimi jurnalistə mümkün dəstəyi verməyə hazırdır:

”Son iki gündə Rusiyanın bir çox vilayətlərində yaşayan soydaşlarımızdan müraciətlər alıram. Hər kəs Fuad Abbasovun ermənipərəst qüvvələrin Rusiya hüquq mühafizə orqanlarına müraciəti əsasında həbsindən rahatsızdır. Bu müraciətlərin çoxu sosial şəbəkələrdə də yayılıb. Biz Fuad Abbasobun vəkili Elman Paşayevlə əlaqə saxladıq. Durumu dəqiqləşdirdik. Hazırda Fuad Abbasov istintaq altındadır. Elman Paşayev hüquq müstəvisində bütün addımların atıldığını bildirdi. Biz də öz tərəfimizdən gərək olan dəstəyi əsirgəməyəcəyimizi ifadə etdik”.
Fizuli Məmmədov bildirib ki, Rusiya Azərbaycanlıları İttifaqı Rusiyadakı bütün soydaşlarımızın problemlərinə həssas yanaşır və mümkün vasitələrlə dəstək verməyə hazırdır.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 460
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 000
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 291
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 506
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar