Kişi olaq, kişiliyi unutmayaq!

18, 05, 19
16:38

Kişi olaq, kişiliyi unutmayaq!

Dəyanət Babayev yazır...

Bu yazımı son zamanlar ətrafımda cərəyan edən bir neqativ sosial hadisəyə həsr edirəm. Özümü bir az da həm tərif edəcəyəm, həm də tənqid edəcəyəm. 2008-ci ildə hərbi xidməti başa vurub gəldikdən sonra ciddi siyasi proseslərə qoşuldum. Amma onu da səmimi etiraf edim ki, uşaqlıqdan arzum media sahəsində çalışmaq olub. Aktiv qoşulduğum siyasi proseslərdə, kütləvi mitinq və aksiyalarda fəal, ardıcıl iştirak edirdim, dəfələrlə həbs olunurdum, amma həbsdən azad olunandan sonra mübarizəni elə olduğu yerdən davam etdirirdim.

Buna baxmayaraq, vaxt ayırıb köhnə dostlarla, sinif və əsgərlik yoldaşlarımla da görüşürdüm. Nədənsə bunlarla mənim söhbətim tutmazdı. Çünki onlar sanki tam başqa bir dünyanın adamları idilər. Amma yenə də maraqla söhbətlərini dinləyərdim, hər biri öz sevgilərindən, sevdikləri xanımlardan danışardılar, bir sözlə, elə bil onlar sevgi qarşısında aciz idilər, elə bu sevgilər də bunların mənəvi gücünü zəiflədirdi, iradəcə sındırırdı. Səməd adlı bir əsgərlik yoldaşım vardı. Çox tez-tez mənimlə görüşərdi. Adam öz sevgisinin əsiri, dəli-divanəsi olmuşdu. Göz görə-görə sevgisi onu uçuruma aparırdı, həyatında olan xanım ona desə idi ki, get mərkəzi bankı partlat, bəlkə də öz sevgisinə xoş gəlmək, məhəbbətini sübut etmək üçün bu terrora da əl atardı. Səməd hər dəqiqə sevgilisi ilə danışardı, onu boş buraxmazdı. Haradadır, nə edir, nə yeyir, nə içir, nə düşünür və s.

Mən isə həmişə Səmədə və dostlarına gülərdim, deyərdim ki, bu sevgi nə olan bir şeydir ki, hamınızı öz qarşısında acız qoyub. Hətta onlarla məzələnərdim də. Mənə deyirdilər, çox çəkməz, Allah başına gətirər, nə olduğunu o zaman anlayarsan. Düzdür, bu bəlaya tez bir zaman düşmədim, amma onun bu yaxınlarda fərqli bir situsiyasını yaşadım. Bir xanıma qarşı onunla birlikdə işləyən bir kışıcığazın qisası timsalında məhəbbətin dadını az da olsa duydum. Mən anadan olandan, uşaq vaxtlarımdan bu yana, heç gəncliyimin ən cəsarətli, dəlisov vaxtlarında belə xanımlarla heç vaxt mübarizə aparmazdım, bacardığım qədər dost olardım, kömək edərdim. Düzdür, çoxusu məni şərləyib də, amma nə yaxşı ki, yaxşılar da var. Nə isə... Keçək mətləbə. Bir sarımsaq iyi verən kişicığaz bir gün mənə mesencerə yazaraq sanki məni illərdir tanıyırmiş kimi mənimlə görüşmək istədiyini bildirdi. Bir az təəccüb qaldım, amma bəzi dostlardan bunun mənimlə nə üçün görüşmək istədiyini öyrəndim, qarşıma məqsəd qoydum ki, bu adamla qəti şəkildə görüşməyəcəyəm. Məsələ də bu idi ki, bu bir redaktordur, onunla işləyən bir xanım işdə olan söz-söhbəti mənimlə dərdləşib, mən də hansısa əlaqəmlə bu redaktorcığaza təzyiq etdirmişəm. O da öz növbəsində analiz edib ki, həmin xəttin bir ucu yalnız mənə gedib çıxa bilər. Bu cür xain və xoflu və s.düşüncələri var idi.

Mən də bu oyunda öz növbəmdə gedib bunların rəhbərinə təsdiq etməliydim ki, bəli, burada olan söz-söhbəti mənə həmin xanım çatdırıb, bu da mənim bu sözlərimlə özünü qara sudan ağ çıxaracaqmış. Məndən isə 40 yerə əyilib büzülən plastilin kimi istifadə olunacaqmış. Nə gözəl! Dəyanət haa... Bəlkə də, yəqin ki, uşaqlıqda çoxunun sözünü eşitmişəm, yerə salmamışam, kobudluq edib qulaq ardına vurmamışam, böyüyə-kiçiyə hörmətlə yanaşmışam deyə indi də düşünüblər ki, hansısa bir xanıma, özü də həyatımda dəyər verdiyim bir xanıma atılan çamurun iştirakçısı ola bilərəm. Yəqin ki, elə hesab ediblər, nə isə... Amma "yox" cavabı aldıqdan sonra, mənim onunla görüşməyəcəyimi bildikdən sonra bu dırnaqarası "qoçaq" haralara əl atmadı ki, bütün tanıdığım adamlar, dostlarım, tanışlarım hər biri bu məsələni yoluna qoymağımı istəməyə başladılar. Hətta bəziləri o çirkin adamın onlara verdiyi qonaqlıqların qarşılığında, onlara xərclənmiş xırda-xuruş vəsaitin qarşısında gözükölgəli qalıb üstümə gəldilər. Uşaqlıq vaxtı onların qulluqlarına getdiyimi belə deyib başıma vurdular. Nə olsun, həyatdır, həyat rəngarəng və dəyişkənliklərlə doludur. Keçən ilin ən hegemon generalları bu gün həbsxanada yatırlar. Bu həyatdan heç kim sigortalanmayıb.

"Kiminin əvvəli, kiminin sonu", - deyib atalar.  Dəyişiklikdən söhbət düşmüşkən, bu mübarizədən üzüağ çıxdıqdan sonra bu xanım məni çox dəyişməyə başladı. Hiss edirəm ki, mənim üçün yenə nələrsə etmək istəyir. Amma biz etdiklərimizi təmənna güdmədən edirik. Məni yaxından tanıyanlar da bilir ki, mən kiməsə hansısa köməyi etdimsə, edə bilirəmsə, ortada heç vaxt təmanna güdmərəm. Bu yazını yazmaqda  məqsədim odur ki, həyatda sevginin oduna çalışın düşməyin, elə edin ki, hər dəfə sizi sevsinlər, siz də kimisə. Və yaxud da hansısa xanım sizi cəlb edə bilər, amma sizin istədiyinizi etməyə bilər. O zaman emosiyanıza əyilib yuxarıda adını təsvir etdiyim kişicik kimi onu vurmağa, şantaj etməyə, hansısa çirkin yollarla alçaltmağa çalışmayın. Həyat doğrudan da, mübarizədir. Haqqınız uğrunda bir kimsəyə boyun əymədən, asılı olmadan mübarizə aparın. Ən əsası da, sevin və sevilin, həyat gözəldir, onu kişi kimi yaşamağa çalışın. Həyatda bir bəyə yalnız kişi adını, kişi ləyaqətini qorumaq dəyər verər. Bu, əlimizdə olan ən güclü silahdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın