Şamaxı sakinləri dərdlərini deməyə məmur tapa bilmir -VİDEO

16, 05, 19
14:46

Şamaxı sakinləri dərdlərini deməyə məmur tapa bilmir -VİDEO


Tahir Nadir oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Şamaxı Rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Tahir Məmmədov haqqında müəyyən qədər müsbət təqdimat yaradılsa da, Şamaxı rayonuna etdiyimiz səfər zamanı deyilənlərin həqiqətlə daban-dabana zidd olduğunun şahidi olduq. Mənə elə gəldi ki, Tahir Məmmədov haqqında yaranan müəyyən dərəcədə müsbət imic onun vaxtı ilə  İctimai Televiziyada departament direktoru vəzifələrində çalışdığı və mətbuatla münasibətlərini qaydaya salmağı bacara bilməsi ilə bağlıdır.

Şamaxı rayon Həmyəli kəndində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Cəfərov Məhər Məhəmməd oğlunun müraciəti əsasında Şamaxı rayonuna səfər etdik. Kəlbəcər köçkünü bizə etdiyi müraciətdə bildirmişdir ki, 1993-ci ilə Kəlbəcər rayonunun erməni quldurları tərəfindən işğal edilməsindən sonra Şamaxı rayonunun Həmyəli kəndində xəstəxana binasında məskunlaşıblar. Məskunlaşdıqları bina zədəli və uçmaq təhlükəsi olduğu üçün binadan çıxmağa məcbur olublar.

Məhər Cəfərov qeyd edib ki, mənzillə bağlı dövlətə müraciət etməyib. Özü əziyyətlə həmin uçan xəstəxananın yanında ev tikib. Ancaq bu il baş verən zəlzələ onun da evinə ciddi xəsarət yetirib. Prezident İlham Əliyevin Şamaxıya səfəri zamanı zəlzələdən xəsarət alan evlərin yenidən tikilməsi ilə bağlı verdiyi tapşırıqdan ruhlanaraq, o da Şamaxı rayon icra hakimiyyətinə və Fövqaladə Hallar Nazirliyinin nümayədlərəninə müraciət etsə də, 3 aydan artıqdır ki, onlarla maraqlanan yoxdur.

Məhər Cəfərovun bildirdiyinə görə, evinin yaşamğa yararlı olmadığına baxmayaraq, onun evinə 3 ay öncə təmir yazıblar. Baxmayaraq ki, kimin adamı varsa və evi yararlı olsa belə yenidən tikilibdir. Hətta 3 ay öncə evi təmir olunması ilə bağlı siyahıya alınsa da, bununla bağlı da onlarla heç kim maraqlanmır.

Biz məcburi köçkünün problemi ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində olduq. Qaydaya görə ilk öncə özümüzü təqdim etdik. Mətbuat nümayəndəsi olduğumuzu bildikdən sonra deyildi ki, İcra hakimiyyətində heç kim yoxdur. Gözləyə biləcəyimi bildirdikdə cavab bu oldu ki, ümumiyyətlə icra hakimiyyətində aidiyyəti şəxslərdən heç kim olmayacaq.

Məsələni izah edərək, kiminləsə görüşməyimi təkid etdikdən sonra məni tikinti ilə məşğul olan məmura yönləndirdilər. Həmin məmur da mətbuatdan olduğumuzu eşidib, işinin olduğunu bəhanə edərək otaqdan çıxıb getdi.

Baxmayaraq ki, həmin gün İcra hakimiyyətinə 10-larla insan dərdini demək üçün gəlsələr də, onlar da bizim kimi boş yerə gözləyərək ümidsiz halda dağılışdılar. Göz yaşları ilə dərdlərini hayqıran qadınları isə dinləməyə bir nəfər də olsun məmur olmadı.

Dövlət başçısının bölgələrə səfərləri zamanı vətəndaşların şikayət məktublarını bir başa qəbul etməsindən sonra düşünürdük ki, məmurlar bundan bir dərs götürərlər və ən əsas da kütləvi şikayət məktublarının prezidentə təqdimatından sonra insanların problemləri ilə özləri ciddi məşğul olmağa başlayarlar. Çox təəsüf ki, məmurlar yenə də köhnə ənənəni davam etməkdə israrlı görünürlər.

İcra başçısı Tahir Məmmədov haqqında müəyyən ümidlər olsa da, şahidi olduq ki, Şamaxı rayonu məmur diqqətsizliyi ilə bağlı başqa rayonlardan fərqlənmir.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın