Ağsu rayonunda təbiətə divan tutulur - VİDEO

17, 05, 19
11:37

Ağsu rayonunda təbiətə divan tutulur - VİDEO

kəndi ərazisində yerləşən 100 (yüz) hektarlarla meşə sahəsi mənimsənilib,şəxsi əmlak kimi istifadə olunur.Belə ki,meşə zolağının kənarında 5-10 cərgə ağac saxlamaqla mərkəz hissəsindəki ağaclar kütləvi şəkildə kəsilib, 10 hektarlarla sahədə şəxsi mülkiyyət kimi nar bağları salınıb, taxıl və bostan məhsulları əkilmişdir. Qanunsuzluq o qədər həddin aşmışdır ki,meşə ərazisində 2 qeyri rəsmi yaşayış evi də tikilmişdir. Bu illər ərzində özbaşınalıq nəticəsində təbiətə divan tutulub,100.000 (yüz min) manat pullar qazanılıb . Amma,dövlətə və xalqa 1 manat da belə xeyir verilməyib.

Müharibə şəraitində yaşayan xalqımıza, əsasən də gənclərimizə vətənpərvərlik ruhunun aşılanması yönümündə heç bir iş görməyib, tədbir keçirməyiblər.

Görəsən Ağsu rayonunun aidiyyati dövlət qurumlari bu özbaşnaliqlara nə üçün göz yumurlar.Vətəndaşlar Oktay Məmmədovun və Əhməd Soltanovun müraciətinə əsasən çəkiliş qrupumuz həmin sözügedən ərazidə olmuş, şikayətçilərdən müsahibə götürmüşlər.Vəzifələrindən sui-istifadə edən ərazi meşə təsərüfatının müdiri Əlxan Məmmədov,Sahə müvəkilləri Behbud və Bəbir Məmmədovla telefon əlaqəsi saxlayaraq bu özbaşınaliqları araşdırmağa çalışdıq. Lakin, heç biri məsuliyyəti öz üzərlərinə götürmədilər və müsahibə verməkdən imtina etdilər. 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın