sitename

"Biləsuvar Rayonu Şahmat Məktəbinin direktoru pasportstol rəisi olan oğluna güvənib mənim 22 min manatımı mənimsəyib"


Adişov Cəlallətdin

Azerbaycanrealligi.com saytına müracət edən şikayətçi Adişov Cəlallətdin Mirzəbəy oğlu iddia edir ki, onun işlədiyi Biləsuvar Rayonu Şahmat Məktəbinin direktoru Məhərrəmov Qurbanxan onun etibarından sui-istifadə edib. Belə ki, ona məxsus olan aylıq əmək haqqı aldığı plastik kart 2009-cu ildən 2018-ci ilə kimi şahmat məktəbinin direktorunda olub. Şikayətçi bildirir: "O mənim kartımdan hər ay təhsil şöbəsinin müdirinə 30 manat verilməli olduğunu bildirmişdi. Lakin sonra da məlum oldu ki, məktəb direktoru mənim aylıq əmək haqqımdan 30 manat yox, 150 manat çıxırırmış. Məsələ araşdırılandan sonra o mənə bildirdi ki, sənin kartına artıq kirli pul vurulurdu. Ona görə çox çıxarırdıq, mən isə bu haqda rayon prokurorluğuna müraciət edəcəyimi bildirdim. Qurbanxan müəllimin rayonda pasportstol rəisi olan oğlu bildirdi ki, şikayət etmə, pulu mən verəcəyəm. Ümumilikdə mənə 25 min azn ziyan dəymişdir, onun 3 min manatını qaytardılar, 22 min manatını bu ay, gələn ay söz verib, amma vermirdilər. Mən baş vermiş hadisə ilə bağlı prokurorluğa müraciət etdim. Şahmat məktəbinin direktoru işdən çıxarılsa da, amma rayon prokurorluğunda olan iş ədalətli araşdırılmır. Mənə dəymiş ziyan isə ödənilmir, əksinə mənə "səni müxtəlif yollarla şərlətdirib həbs etdirərik" deyə hədə-qorxu gəlirlər. Məhərrəmov Qurbanxan Biləsuvar rayonunda pasportstol rəisi olan Məhərrəmov Samir Qurbanxan oğluna güvənir". Şikayətçi bildirir ki, işi aparan Biləsuvar rayon prokurorunun köməkçisi Mirlətif adlı şəxs aparılan işi məqsədli şəkildə normal araşdırmır. "5 aydır ki, heç bir qərar verilmir. Saytınız vasitəsi ilə bildirirəm ki, mənə dəymiş 22 min manat ziyan qısa bir zamanda ödənilməsə, Baş Prokurorluq Yanında Korrupsiya İdarəsinə, ölkə başçısına müraciətlər edəcəyəm", - deyə şikayətçi sonda qeyd edib.

Məhərrəmov Qurbanxan


Azerbaycanrealligi.com
saytı olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 322
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

  • 24 mar, 15:16
  • 1 673
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR) 
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

  • 24 mar, 14:27
  • 3 442
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar
Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi

  • 23 mar, 20:01
  • 1 164
Aydın Xırdalanlı vəfat etdi
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar