Milli Qəhrəmanın vəziyyəti ağırdı - Kiyevdə insult keçirib

11, 05, 19
12:41

Milli Qəhrəmanın vəziyyəti ağırdı - Kiyevdə insult keçirib


Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev Kiyev şəhərində insult keçirib və məlumatlara görə, hazırda vəziyyəti ağırdır. O, Kiyev şəhərinə keçirilən tədbirdə iştirak üçün dəvət alıb və orada belə bir durumla üzləşib. 

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Milli Qəhrəmanın həyat yoldaşı Tahirə Quliyevə məlumat verib. 

Hazırda Ukraynada olan Tahirə Quliyevanın sözlərinə görə, mayın 9-da qəfildən vəziyyəti pisləşən Milli Qəhrəman təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib:

"Onun vəziyyəti hazırda çox ağırdı, ciddi və peşəkar həkim müayinəsinə ehtiyacı yaranıb. Xahiş edirik ki, bizim çox az sayda olan sağ Milli Qəhrəmanlarımızdan olan Zabit Quliyevlə bağlı məsələni dövlət nəzarətə götürsün. Özümüzün bu müalicə və müayinə üçün imkanlarımız yoxdur. Xarici bir dövlətdə isə bunu etməyimiz mümkün deyil. Biz bilirik ki, məlumat çatan kimi Cənab Prezident və hörmətli Mehriban xanım Əliyeva bu məsələni diqqətdə saxlayacaqlar. Azərbaycanın Ukraynadakı səfirliyinə tapşırıq verilsin ki, Zabit Quliyevin səhhəti ilə bağlı məsələ ciddi maraqlanılsın. Bizim ümid yerimiz dövlətimiz və Prezidentimizdir”.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın