sitename

14 yaşlı qızı döyən anormal azadlığa buraxıldı


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.Y.-ya hücum edən Tural Qarayevin cəza müddəti bitib.

S.Y-nın vəkili Zibeydə Sadıqova Tural Qarayevin barəsində cinayət işi başlanmasını, ona törətdiyi əmələ görə 15 sutka cəza verilməsinin adekvat olmadığını açıqlayıb. Bundan əvvəl  vəkil Zibeydə Sadıqova Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Hakimə 2 videogörüntü təqdim edərək, onların iş materiallarına əlavə olunması barədə vəsatət qaldırmışdı. Bunlardan biri insident zamanı çəkilib, digəri isə həmin gün axşam məsələ ictimailəşəndən sonra Tural Qarayevin sosial şəbəkələrdə canlı yayımda deyilənlərə münasibətini əks etdirən videodur.
Fuad QÃÂhrÃÂmanlñnñn 14 yaÃÂlñ ile ilgili görsel sonucu
Tural Qarayev həmin çıxışında iddia edir ki, nəinki bu qız, onun valideynləri də bu ölkənin əleyhinə olan adamlardır. Vəkil məhkəmədəki çıxışında Tural Qarayevə verilən cəzanın onun törətdiyi əmələ adekvat olmadığını hakimin diqqətinə çatdırmışdı. Müdafiəçi bildirib ki, əslində, onun barəsində cinayət işi başlanmalıdır. Məhkəmədən də xahiş etmişdi ki, Tural Qarayev haqqında cinayət işi başlanması üçün xüsusi qərar çıxarıb, prokurorluğa göndərilsin. Amma hakim qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını, Yasamal Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan etmişdi.

İnsident aprelin 17-də Bakı Dövlət Universitetinin yaxınlığında baş verib. Hadisədən sonra Zümrüd Yağmur qızına hücumla əlaqədar Daxili İşlər Nazirliyinə şikayət edib. Yasamal rayonu, 28-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Tural Qarayev haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə inzibati xəta protokolu tərtib olunub. Aprelin 19-da Yasamal Rayon Məhkəməsinin qərarıyla ona 15 gün inzibati həbs cəzası verilmişdi

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 322
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

  • 24 mar, 15:16
  • 1 673
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR) 
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

  • 24 mar, 14:27
  • 3 443
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar
Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi

  • 23 mar, 20:01
  • 1 166
Aydın Xırdalanlı vəfat etdi
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar