Qardaşı şəhid, bacısı itkin düşən köçkündən dəhşətli müraciət - Video

30, 04, 19
17:08

Qardaşı şəhid, bacısı itkin düşən köçkündən dəhşətli müraciət - Video

QardaÅı ÅÉhid, bacısı itkin düÅÉn köçkündÉn dÉhÅÉtli müraciÉt
İlhamə xanımın taleyi belə gətirib. Onun alnına şəhid bacısı olmaq, bədəninə erməni gülləsinin qəlpələrini daşımaq yazılıb

Azerbaycanrealligi.com xəbər verir ki, Sensasiya TV Bakının Hövsan kəndində kirayədə sürünərək yaşayan bu ailənin məşəqqətlərini işıqlandırıb.


İlhamə xanım Kəlbəcər köçkünüdür. Onun qardaşı vətən uğrunda şəhid olub, bacısı isə itkin düşüb, özü də güllə yarasının qəlpələrini daşıyır. 

Müharibənin və işğalın əzablarını indiyə qədər daşıyan ailəyə nə məcburi köçkün kimi mənzil verilir, nə də İlhamə xanımın xəstə övladının müalicəsinə köməklik göstərilir.

Onun sözlərinə görə, həyat yoldaşı və iki övladından biri xəstədir: “Qaçqınkom”da o vaxt işləyən Elman müəllim bizi aldatdı. Dedi ki, ev veriləcək. 

Biz ayrı təsərrüfat olduğumuz halda bir ev verdi, orada atam ağır vəziyyətdə yaşayır. Məhkəməyə də üz tutduq, bizi atam evinə köçürdülər, amma yenə çıxardılar”. 

Onun sözlərinə görə, övladının endoskopik əməliyyatına 50 min manat lazımdır, amma Səhiyyə Nazirliyinə etdikləri müraciətə cavab verilməyib:

“Pensiya alırıq, uşağa da pensiya verilir. Bu pul kirayəmizə güclə çatır. Yoldaşım xəstədir, işləyə bilmir. Hər yerə müraciət eləmişik. Amma daha əlimizi üzmüşük. 

Bizə nə “Qaçqınkom” tərəfindən ev verilir, nə də uşağın müalicəsinə yardım edən var. Uşağın vəziyyətini görürsünüz. 

Bizim imkanımız yoxdur ki, balamızı sağaldaq. Biz bu vətən üçün ağır itkilər vermişik, indi betonun üstündə yaşayırıq. 

Mən cənab prezidentdən və Mehriban xanımdan xahiş edirəm ki, bizim barəmizdə dövlət qurumlarına tapşırıq versinlər. Rövşən Rzayevdən xahiş edirəm ki, gəlib şəraitimizi araşdırsınlar, evlə təmin eləsinlər”.

İlhamə xanım qeyd edir ki, qardaş və bacısını itirmiş bir insanın nələr çəkdiyini yalnız şəhid ailələri daha dərindən hiss edə bilər.

O, bütün vətənpərvər insanlara üz tutaraq dəstək göstərilməsini, övladının müalicəsinə köməklik olunmasını xahiş edir.

VİDEO



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın