Deputat qala divarlarındakı inşaatdan yazdı: "Biçarə şəhər...İçərişəhər... Bir azdan da Köçəri şəhər..."

24, 04, 19
19:00

Deputat qala divarlarındakı inşaatdan yazdı: "Biçarə şəhər...İçərişəhər... Bir azdan da Köçəri şəhər..."



Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa İçərişəhərdə qala divarlarına bitişik yerdə restoran tikilməsi barədə yazıb. 
 
Azerbaycanrealligi.com xəbər verir ki, deputat özünün feysbukdakı səhifəsində tarixi vandalizmə münasibət bildirib.
 
"Qala divarlarının bir hissəsini söküb kafe tikirlər. Keçmiş "Sovetski"də tarixi abidələrin bəzilərini uçurdurlar. Tanınmış şəxsiyyətlərin yaşadığı evləri ortadan qaldırırlar... Hər gün bu cür neqativ informasiyanın içində üzməyimizə rağmən, bugünkü insana olan biganəliyimizi tarixin daşlarına da qarşı davam etdiririk. Burada ən acınacaqlısı da odur ki, ictimai qınağı nəzərə almaq barədə bu işi görənlərin heç biri düşünmək istəmir".

 Fazil Mustafa

Partiya sədri yazıb ki, mərhum şairimiz Vaqif Səmədoğlu illər öncə İçərişəhəri "Biçarə şəhər" adlandırırdı: "Mərhum Vaqif Səmədoğlu əlli il öncənin sökhasökünə məruz qalan İçərişəhəri "Biçarə şəhər" adlandırırdı. İndisə yalnız biçarə qalan İçərişəhər deyil, bizlər hamımızıq. Yəni hər hansı bir zərərli tendensiyanı dayandırmaq imkanımız yox. Çünki Qanundan öncə Qaydalar işləyir və Qanun Qaydanı özünə tabe etdirə bilmir. Xatırlayırsınızsa, Yasamal rayonunda 20 yanvar metrosuna yaxın ərazidə ağacların dibinə kimyəvi turşu tökmüşdülər, hamısı bir neçə günün içində məhv edildi. Başqa yerlərdə də baş verən ağac qətliamına son qoymaq imkanımız yox. Yəni İçərişəhər də təqribən ağaclara bənzər formada əridilir. Halbuki, bu tarixin nadir incisinə toxunmaq olmaz, bir daşını da cızmaq, sındırmaq olmaz. Biçarə şəhər...İçəri şəhər... Bir azdan da Köçəri şəhər..." 



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın