Üstünə kerosin töküb od vurdular: 19 yaşlı qız seksual zorakılığın qurbanı oldu

21, 04, 19
08:10

Üstünə kerosin töküb od vurdular: 19 yaşlı qız seksual zorakılığın qurbanı oldu

Banqladeşdə məktəbli qız Nusrat Jahan Rafinin üzərinə kerosin töküblər, sonra da od vurublar. Özü də məktəbin içində. İki həftə öncə isə o, məktəb direktorunun onu intim münasibətlərə cəlb etmək cəhdi ilə bağlı şikayət etmişdi.

“BBC”nin yaydığı geniş reportajda bu olayın bütün təfərrüatları verilib.
Media nəhəngi qeyd edir ki, bu olay Cənubi Asiyadakı mühafizəkar ölkələrdə yeniyetmə və gənclərin seksual zorakılıqla mütəmadi şəkildə üzləşməsi ilə bağlı faktların gündəmə gəlməsinə təkan verib.
Nusratın 19 yaşı vardı. Dəkkədən 160 km uzaqlıqda yerləşən balaca Feni şəhərindən paytaxta oxumağa gəlmişdi. O, öncə mədrəsədə təhsil almışdı. Mühafizəkar bir ailədə böyümüşdü.

Dostlarina demişdi ki, martin 27-də məktəb direktoru onu öz ofisinə çağırıb. Söhbət zamanı direktor dəfələrlə onun bədəninə bilərəkdən toxunub. Vəziyyətin nəzarətdən çıxdığını görən qız direktorun ofisindən qaçmalı olub.

Adətən Banqladeşdə gənc qızlar belə hallarla üzləşdikdə susmağa üstünlük verir. Çünki belə şeyləri açıb-ağartmaq onlara da, onların ailəsinə də ciddi problem yaradır. Ancaq Nusrat susmadı və zorakılığa etiraz etdi.

O, yerli polis şöbəsinə gedib. Yazılı şəkildə başına gələnləri anladıb. Polis onu təhlükəsiz yerə yerləşdirməli idi. Ancaq polis idarəsi bunu etməyib. Əksinə, Nusratın etirazına baxmayaraq polis zabiti onu videoya alıb. Sonradan üzə çıxan həmin videodan aydın görünür ki, gənc qız əlləri ilə üzünü örtməyə çalışır. Polis isə ondan tələb edir ki, əlini üzündən çək. Beləliklə, şikayətçi polis idarəsində də zorakılıqla üzləşir. Bir müddət sonra həmin video yerli media tərəfindən yayılır...

Bununla bağlı Dəkkə və Feni şəhərində etirazlar başlayır. Nə qədər qəribə də olsa bəzi insanlar Nusrat Jahan Rafiyə qarşı hücumlar təşkil edir, onu ölümlə hədələyir.

Şikayət ərizəsindən sonra məktəbin direktoru həbs olunur. Ancaq gənc qızın vəziyyəti bu həbsdən sonra daha da pisləşir. Bir qrup insan polis idarəsinin qarşısına toplaşaraq direktorun azad olunmasını tələb edir. Bu aksiyanı təşkil edənlər isə gənc qızın təhsil aldığı məktəbin iki oğlan üzvü olur. Təşkilatçılara yerli siyasətçilər də dəstək verir. Nusrata olan təzyiqlər getdikcə artır. Valideynləri onun təhlükə içində olduğunu duyub narahatlıq keçirir...
Hundreds of mourners gather at Nusrat's funeral
Bütün bu təzyiqlərə baxmayaraq 11 gün sonra-aprelin 6-da Nusrat buraxılış imtahanını vermək üçün məktəbə yollanır. 
Gənc qızın qardaşı Mahmudul Hasan Noman deyir ki, mən bacımı məktəbə apardım, ancaq məni içəri buraxmadılar. Heç ağlıma gələ bilməzdi ki, məktəbin içində belə bir hadisə baş verə bilər.

Nusratın verdiyi ifadəyə görə, məktəbli rəfiqəsi onu binanın damına qaldırıb. Orada isə onları başı örtüklü 4-5 nəfər məktəbli qız gözləyirdi. Başıbağlı qızlar tələb edib ki, Nusrat məktəb direktoru haqqında yazdığı şikayət ərizəsin geri götürsün. Nusrat isə bu tələbi rədd edib. Onda başıbağlı məktəbli qızlar onun üstünə kerosin töküb və ona od vurub.

Yerli polis rəisi Banaj Kumar Majumder deyib ki, bu cinayəti törədənlər çalışıb ki, bu hadisəni intihar kimi təqdim etsinlər. Ancaq onların planı pozulub. Çünki Nusrata od vuranlar qorxub qaçıblar. Nusrat da bundan istifadə edərək hadisə yerin tərk edib. O, ölümündən öncə başına gələnlərlə bağlı ifadə verməyə müyəssər olub.
Nusrat Jahan's brother grieves at her funeral
Başıbağlı qızlardan biri onun başını aşağı doğru sıxdığına görə Nusratın başı yanmayıb, bədənində isə dəhşətli yanıq yerləri əmələ gəlib. Yerli xəstəxanada olarkən bildirilib ki, Nusratın bədən səthinin 80 faizi yanıb. Onu mərkəzi xəstəxanaya göndəriblər. Yolda gedərkən qardaşı yanında olub. Nusrat son sözlərini deyib və qardaşı onun dediklərini telefonun yaddaşına yazıb.

Həmin səs yazısında ölümün bir addımlığında olan qız deyir: “Müəllim mənə toxundu. Mən bu cinayəti törədənə qarşı son nəfəsimə qədər mübarizə aparacam”. O, həmçinin ona od vuran şəxslərin də adını açıqlayıb. 

Bu hadisə Banqladeş mediasının gündəmindən düşmür. Aprelin 10-da gənc qızı Feni şəhərində dəfn etdilər. Dəfndə minlər insan iştirak etdi. Onlar zorakılıqla üzləşmiş yerlilərinə ehtiram göstərdilər.

Polis indiyə kimi 15 nəfəri həbs edib. Onlardan 7-si birbaşa qətlin təşkilatçısı və icraçısı kimi tanınır. Məktəb direktorunun həbsi ilə bağlı etiraz aksiyası təşkil edən iki oğlan məktəbli də həbs olunanlar arasındadır. Məktəb direktoru da həbsdədir. Polis idarəsində Nusratı videoya çəkən polis zabitini isə başqa bir şəhərə işləməyə göndəriblər. 

Banqladeşin baş naziri, xanım Şeyx Hasina Dəkkə şəhərində Nusratın ailəsi ilə görüşüb. O, söz verib ki, qətldə əli olan hər kəs layiqli cəzasını alacaq.
Different organization held a protest rally against the murder of Nusrat Jahan Rafi, a madrasa girl from Feni who was burnt in reprisal after sexual abuse charges against the principal, in Dhaka, Bangladesh, on April 12, 2019
Ölkənin sosial şəbəkələrində ən çox müzakirə olunan məsələ də Nusratla bağlıdır. Qadınlardan biri statusunda yazır ki, qızımı çox sevirəm, ancaq bu hadisədən sonra bir daha anladım ki, bu ölkədə qız anası olmaq həmişə qorxu içində yaşamaq deməkdir. Bu kimi zorakılıq hallarından kimsə sığortalanmayıb...
Rəsmi statistikaya görə, 2018-ci ildə Banqladeşdə 940 nəfər qadın zorlanıb. Ancaq mütəxəssislər deyir ki, real rəqəmlər daha dəhşətlidir. 
Qadin Hüquqları müdafiəçisi olan Salma Ali deyir ki, Banqladeşdə zorakılıqla bağlı polisə müraciət etmək o deməkdir ki, sən orada da zorakılıqla üzləşəcəksən. Daha sonra isə ictimaiyyət səni qınayacaq. Ancaq qadınlar daha susmaq istəmirlər. Onlar sexsist cəmiyyətə etiraz edirlər.
Relatives of Nusrat Jahan Rafi are crying during the authorities of Dhaka Medical College and Hospital, or DMCH, have handed over the body of Nusrat Jahan Rafi in Dhaka, Bangladesh, on April 11, 2019

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın