sitename

Bakıda sabiq MTN zabitinin ölümünün sifarişinə görə məşhur "Dəniz karqo"nun rəhbəri həbs olunub - FOTO

Bakıda sabiq MTN zabitini qÉtlini sifariÅ verÉn böyük karqo ÅirkÉtinin sahibidir
Azerbaycanrealligi.com xbər verir ki, Sabiq MTN əməkdaşı, 1973-cü il təvəllüdlü Fariz Mirzahid oğlu Vahabovun qətlini sifariş etmiş şəxsin kimliyi məlum oldu. Criminal.az-a daxil olan məlumatda deyilir ki, tutulan şəxsin Fariz Vahabovla yaxın əlaqələri olub və həmin əlaqələrə söykənən mübahisəyə görə onun qətli sifariş olunub.Qətlin sifarişçisi kimi tutulan şəxs Saleh Ağayevdir. O, məşhur "Dəniz karqo"nun rəhbəridir. Təxminən 3 ay əvvəl saxlanılan S.Ağayev artıq Kürdəxanı həbsxanasındadır. Hazırda qətli icra etmiş şəxsin axtarışları davam etdirilir.

Bu arada xatırladaq ki, Teleqraf.com saytı F.Vahabovun seksual manyak olması ilə bağlı xəbər yayıb. Sayt yazır ki, Fariz Vahabov Xətai rayonunda yaşadığı ünvanda qadınları onunla cinsi əlaqədə olmağa məcbur edib. Seks səhnələrini videoya çəkərək sonradan onları şantaj edib. Hətta o, öz həyat yoldaşını da həmin intim əlaqələrdə iştiraka məcbur edib. Nə qədər absurd və ağlasığmaz səslənsə də, öz həyat yoldaşını yad kişilərlə görüşdürüb. Həmin seksual zəminli görüşləri də gizli lentə alaraq şantaj məqsədilə istifadə edib. F.Vahabovun hədə və şantajları nəticəsində boşanan və evlənən insanların olduğu bildirilir. Bununla da Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb.

Hazırda sözügedən qətl hadisəsinin baş verdiyi ərazidə F.Vahabovla bu və ya digər şəkildə əlaqələri olan şəxslərin ifadəsi alınır. Məlumata görə, qətldən sonra onun evində aparılan axtarış zamanı xeyli sayda videokasetlər aşkarlanıb. Fariz Vahabovun şantajlarının qurbanları həmin videolar vasitəsilə aşkarlanır və istintaqa cəlb olunur. Həmin şəxslərin ifadələrində Fariz Vahabovun seksual manyak olması bir daha təsdiqlənir.

Xatırladaq ki, dekabrın 20-də Xətai rayonunun Sadıqcan küçəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fariz Vahabov özünə məxsus "Hyundai” markalı avtomobilində naməlum şəraitdə güllələnib. Fariz Vahabov hadisə yerində ölüb. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Vahabovun keçmiş iş yeri nəzərə alınaraq iş materialları sonradan araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna ötürülüb. Qatil F.Vahabovun sinəsinə və alnına atəş açaraq onu öldürüb. İlkin məlumatlarda killerin F.Vahabova odlu silahdan atəş açandan sonra bir neçə bıçaq xəsarəti də yetirməsi bildirilirdi. Lakin bu məqam mərhumun meyitinin tibbi müayinəsi zamanı əksini tapmayıb. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsində aparılan müayinə zamanı mərhumun bədəni üzərində odlu silahdan açılan atəş nəticəsində meydana gələn 2 güllə yarasından savayı xəsarət müəyyən olunmayıb. Bu isə onu deməyə əsas verir ki, 2 ardıcıl atəşdən sonra qatil hadisə yerini tələsik tərk edib.Fariz Vahabovun qətlindən sonra üzə çıxmışdı ki, 2017-ci ildə Xətai Rayon Məhkəməsində Aygün Kazım qızı Məmmədova adlı qadınla əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və F.Vahabov məhkəmə prosesini uduzub. Ehtimal olunurdu ki, qətl də elə əmlak davasına görə törədilib. Son məlumatlar isə bu ehtimalları aradan qaldırır. 

Azerbaycanrealligi.com 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 173
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

  • 24 mar, 15:16
  • 1 491
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR) 
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

  • 24 mar, 14:27
  • 3 310
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar
Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi

  • 23 mar, 20:01
  • 1 031
Aydın Xırdalanlı vəfat etdi
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar