Qazax rayon icra başçısı Rəcəb Babaşov dindarı dəlixanaya saldırdı, anası isə şeirlə cavab verdi: "Ay Allah, səndən yox, ondan qorxuram"

07, 04, 19
18:31

Qazax rayon icra başçısı Rəcəb Babaşov dindarı dəlixanaya saldırdı, anası isə şeirlə cavab verdi: "Ay Allah, səndən yox, ondan qorxuram"

DÉlixanaya salınan dindarın anasından baÅçıya Åerli etiraz:
İki gün əvvəl dindar oğlu dəlixanaya salınan Qazax sakini Səkinə Cəfərli başına gətirilən haqsızlığa şer deməklə etiraz edib. Ana Azerbaycanrealligi.com saytına açıqlamasında bildirdi ki, oğlu Mircəfər Hüseynzadə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı status yazıb: "Mircəfər Bir neçə il əvvəl Qazağın Əhməd Seyidov küçəsində namaz evi tikmişdi. 3 il əvvəl Qazaxa yeni təyin olunan icra başçısı Rəcəb Babaşov həmin evi dağıtdırdı. O vaxtdan Mircəfər mübarizə aparır. Bir neçə gün əvvəl icranın nümayəndəsi Vüsal çağırdı. Gecə saat 9-da icra hakimiyyətinə çağırdılar. Mircəfər də sənədlərini götürərək onunla getdi. Həmin gündən sonra Mircəfər bir neçə gün evə gəlmədi, Vüsal telefonlara cavab vermədi. Sonradan Mircəfər üzə çıxdı, məlum oldu ki, onu bakıya aparıblar. Yolda da 50 manatını da alıb benzin töküblər. Bizə demədilər Bakıya aparılmasının səbəbini. Srağagün oğluma səs atıblar ki, gəl pulunu verək. Mircəfərlə birlikdə mən də getdim. Polisdə Mircəfər yoxa çıxdı. Bir nəfərdən öyrəndim ki, məni aldadıb tutub aparıblar ruhi xəstəxanaya. Əvvəllər də mənə demişdilər ki, dəlixanaya salacağıq. Yalvardım ki, oğlumdan əl çəkin. Deyirlər ki, başçı edib. Məhkəmə qərar verib ki, məcburi bir kurs müalicə alsın".

Səkinə Cəfərli 

Günüm göy əskiyə düyüldü,
Gözümdən qanlı yaşlar süzüldü,
Dişlərim töküldü, belkim büküldü,
Rəcəb Qazağa gələndən bəri 

İmkan da vermir ki, evimi satam,
Başqa bir rayona üzümü tutam,
Ay Allah, səndən yox, ondan qorxuram,
Rəcəb Qazaxa gələndən bəri. 

Döşəyim zindandır, yorğanım ilan,
Gecə sübhə kimi oyaq qalıram,
Öz evim içində hey əsirəm mən, 
Ölkəmin içində bir yesirəm mən. 

Səkinə xanımam, könlüm talanıb,
Qürurum tapdanır, könlüm bulanır,

Bu sözü deyirəm mənə inanın,
Məni ağlamağa göz də tapılmır.

S.Cəfərli deyir ki, Mircəfərin heç bir ruhi-əsəb problemi olmayıb: "Axı heç kimin ondan şikayəti yoxdur. Mənə dedilər ki, başçı icazə verməsə buraxa bilmərik. Uşaqlarının, yoldaşının nə günahı var? 3 uşağı, hamilə yoldaşı mənim yanımda qalıblar. Uşaqlar ata deyə ağlayırlar. Danışmağa, söz deməyə də qorxuram, Oğlum onların əlindədir, birdən ona nəsə edərlər. Bir oğlum var, heç kimlə işi olmazdı. Sosial şəbəkələrdə namaz evinin dağılması ilə bağlı məlumatlar paylaşırdı. Başçı qəbul etmir ki, yalvaram, bizi bağışlasın. Ona deyim ki, daha yazmayacaq. Zəng edin başçıya, deyin bir də heç nə etməyəcək ay Rəcəb müəllim".  




Mircəfər Hüseynzadə

M.Hüseynzadə özü bildirik ki, onu şərləyib ləkələmək istəyirlər: "Məni martda, bayram günü "Bandotdel"ə aparmışdılar. 180 manat pulumu da aldılar. İsətəyirdim, belə etdilər. Papağım da bələdiyyə sədrinin müavini Vüsalın maşınında qalıb". 

Baş vermiş hadisə ilə bağlı Qazax rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev Criminal.az saytına bildirdi ki, M.Hüseynzadə dindar deyil, sadəcə ruhi-əsəb problemi var. Ona görə də, inzibati qaydada məhkəmə tərəfindən xəstəxananın rəyi əsasında 20 günlük məcburi müəlicə təyin olunub."Mircəfər dindar deyil. Heç ərəb dilini bilmir. Bir dənə də yas məclisində iştirak etməyib. Əvvəllər Sumqayıtdakı ruhi-Əsəb Xəstəxanasında müalicə olunub"-deyə polis rəisi əlavə etdi.

Azerbaycanrealligi.com


 

Bizimlə əlaqə saxlayın