sitename

“Diqlas” yanıb kül oldu - yanğını helikopterlə də söndürmək mümkün olmadı- FOTOLAR + VİDEO

Saat 10.05.  Bu gün səhər saatlarından paytaxtın Nizami raonunda, 8-ci kilometr qəsəbəsində yerləşən "Diqlas” ticarət mərkəzində başlayan yanğın ticarət mərkəzini tamamilə külə döndərib. Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, artıq bu ticarət mərkəzində yanğından mühafizə ediləsi heç nə qalmayıb.

Əməkdaşımızın verdiyi xəbərə görə, ticarət mərkəzindəki yanğın zamanı bir nəfər ağır xəsarət alıb. İlkin versiya bundan ibarətdir ki, yanğından öncə yaxınlıqdakı dönərxanada olan qaz balonu partlayıb, bu zaman bir nəfər ağır yaralanıb. Həmin təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.  İlkin məlumata göər, ticarət mərkəzinin içindəki bütün obyektlər, eləcə də “Diqlas”ın ətrafında açıq havada olan bütün xlrda ticarət obyektləri yanıb.

Saat 09.50: Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində və təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Saat. 09.30. Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində güclü yanğın əvvəlki şiddəti ilə davam edir. Yanğınsöndürənlər şiddətli alovu ram edə bilmirlər. Artıq demək olar ki, bina tamamilə yanıb.
Hazırda binanın ətrafındakı ticarət obyektləri təhlükə altındadır. Yanğın idarəolunmaz vəziyyətə gəlib. 

08.40. Nizami rayonunda yerləşəm “Diqlas” ticarət mərkəzində güclü yanğın başlayıb. Şiddətli yanğın hazırda davam edir. Yanğının dönərxanadan başladığı iddia edilir.

Hadisə yerində polis qüvvələri, FHN-in Dövlət Yanğından Mühafizə xidməti, təcili yardım briqadaları olunub.
Ətrafı qatı tüstü bürüyüb. Yolda nəqliyyatın hərəkəti dayandırılıb. Yanğının “Lotos” ticarət mərkəzinə keçməsi təhlükəsi var.












Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 554
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 329
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 014
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 960
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar