Sərdar Əlibəyli Aynur Camalqızından yazdı: "Aynur xanım bir zamanlar nələr yazıb, nələr. Heç kim, heç nə unudulmur. Tarixin yaddaşı qısası amansız olur"

23, 03, 19
10:20

Sərdar Əlibəyli Aynur Camalqızından yazdı: "Aynur xanım bir zamanlar nələr yazıb, nələr. Heç kim, heç nə unudulmur. Tarixin yaddaşı qısası amansız olur"

Bu Aynur Camalqızına yanında və ya yaxınında olan biriləri ona desin ki, “lotu” sözünü çox işlətməsin, camatın ağlına alayı fikirlər gəlir…

Bir də “öz liderinə xəyanət”in ən bariz nümunəsini, ən yeni tariximizin bəmbəyaz yaddaşına simsiyah hərflərlə yazmış biri olaraq, bu haqda da susması məsləhətdi. Anadolular demiş, şakası belə ürək bulandırır…

… və nəhayət, kimin kimə və necə xəyanət etməsini bu xanımın illər öncə qələmə aldığı  bircə yazının timsalında hər kəs görsün istədim. Kimsəni qisasçılıqda suçlamaqdansa, tarixin amansız yaddaşından və bir o qədər də amansız olacaq qisasından çəkinin bə, adamlar !!! 


“ATİLMIŞ VƏ UNUDULMUŞ QOCA

Aynur Camalqızı

Aynur CAMALQIZI:

“Heydər Əliyev də nə sələflərindən, nə də xələflərindən xüsusi nəyləsə fərqlənmir, elə onlar kimi şərəfsiz, alçaq və əclaf olub…”


“… HARAMDAN HARAMZADA TÖRƏYİR!!!”


Məmləkəti yanı üstə qoymaq, torpaqları işğal altında olan insanları “atəşkəs” yuxusuna vermək, “nə sülh, nə müharibə” siyasəti ilə ev-eşiyi, yurd-yuvası, namusu-irzi yağmalanan, təhqir olunan əhalini çərlədib öldürmək, altı mindən artıq əsgər və zabitin qətlinə müəlliflik eləmək “dahi”lik hesab oluna bilməz. Bu, millətin qanına yerikləməkdi, qanına susamaqdı, soyqırımdı, qətliamdı! Bu adam 34 il ərzində Azərbaycan xalqına qarşı elan olunmamış müharibə aparıb. Bədbəxt insanları dərdlərinin havasına oynadıb. Milləti çörəklə imtahana çəkib, qarşısında diz çökdürüb, sındırıb, əyib, istədiyi formaya salmağa çalışıb…


Nəticə göz qabağındadı: ortada səkkiz milyonluq bir millətin qarşısıalınmaz kini, nifrəti, göz yaşı…

Məmləkəti Heydər Əliyevin yalnız özünə deyil, bütövlükdə klanına, tayfasına bu və digər formada bağlılığı olan hər bir adama ünvanlanan nifrət titrədir. Bu nifrəti nəyləsə önləmək mümkün görünmür.

Heydər Əliyev gecikib, çox gecikib. Tanrı və Azərbaycan xalqı qarşısında günahlarını boynuna almaqla, əfv olunmasını diləməklə, bəlkə də normal bir ölüm qazana bilərdi. Fəqət ona nə ölü kimi ölü, nə də diri kimi diri demək olur…


Nəslinin və siyasətinin davamçısı sayılmalı olan oğulun əməlləri də əslində, hətta doğulma ili saxta olan, dəqiq bilinməyən bu ömrün, bu yaşamın məntiqi nəticəsidi.

Heydər Əliyevin oğlu məhz belə olmalıydı: fərsiz, bivec, nüfuzsuz, boz sifətli…

Heydər Əliyevin oğlu məhz belə tanınmalıydı: qumarbaz, əyyaş, qadın düşkünü, pleyboy…


Heydər Əliyevin oğlu atasının nəşinə yiyə durmaq, yas mərasimi düzənləmək əvəzinə qol götürüb oynamalıydı. Oynayır!

Ruhu o dünya ilə bu dünyanın arasında çarpışan, üsyana qalxan atası ilə telefonla danışmasından dəm vurmalıydı. Vurur!

Yaslı günlərinin sükutunu toyxana müğənnilərinin diringiləriylə pozmalıydı. 

Pozur!

Heç nəyə təəccüblənmək lazım deyil. Hər kəs əkdiyini biçir.  


HARAMDAN HARAMZADA TÖRƏYİR!!!


Bir neçə ay öncəyədək Azərbaycana meydan oxuyan Heydər Əliyevdən qalan budu: bir ovuc təəssüf…

Heydər Əliyev artıq Azərbaycan insanının xatirində belə yaşayır: unudulmuş və atılmış qoca…

Bu, əslində dəhşətlidi, çox dəhşətli taledi. İki övlad atasının, bir dövlətin başçısının, YAP-çı təbirincə desək, “dünya” boyda şöhrətin yiyəsinin nəşinə yiyə çıxan yoxdu. Bütün doğmaları, əqidə yoldaşları onun ölümüylə də spekulyasiya eləməklə, özü kimi alçaq varisi, əsrin yeganə avantüristi kimi, tərcümeyi-halını daha da zənginləşdirməklə məşğuldu.

HeydÉr-Ä°lham-1

Taleyin bu sonluğu qoca KQB generalının “uzaqgörən”liyini xatırlamaq üçün heç bir əsas vermir: dədənin meyiti ortada, oğul prezidentlik iddiasında! Bu, hansı əxlaqın, hansı mənəviyyatın göstəricisidi, Tanrım?..

Mən alnına bu yazı yazılan Heydər Əliyevə acıyıram! Anılası, öyüləsi, fəxr ediləsi, həsəd aparılası tale deyil!

Qan üzərində qurulan təxti-səltənət dağılır…

Torpaq da üsyan eləyir; “məni murdarlamayın”, – deyir…”


“Yeni Müsavat”,

11 oktyabr 2003-cü il, №275(2202)


Azerbaycanrealligi.com







Bizimlə əlaqə saxlayın