Rusiyadakı jurnalist Fuad Abbasov: “Dedilər ki, səni də, ailəni də cəzalandıracağıq”



“Bu adamları tapıb cəzalandırmırlar, çünki...”

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya məktubla müraciət edib.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə kütləvi informasiya vasitələrində Rusiyada yaşayan və işləyən azərbaycanlı jurnalist Fuad Abbasovun sosial şəbəkələrdə ictimai çıxışları səbəbindən izlənilməsi, təqib olunması, təzyiqlərə məruz qalması, habelə həyatı üçün təhlükənin mövcudluğu ilə bağlı məlumatlar verildiyi, bununla yanaşı digər azərbaycanlı jurnalist, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Bakı filialının baş redaktoru, Mətin Yaşaroğlunun xidməti vəzifələrini yerinə yetirərkən, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş nəşrlərinə görə maneələrə məruz qalaraq cari ilin fevral ayından tutduğu vəzifədən azad edildiyi diqqətə çatdırılıb.

Müvəkkil E.Süleymanova yuxarıda göstərilən faktların yoxlanılmasını, habelə adıçəkilən azərbaycanlı jurnalistlərin beynəlxalq konvensiyalarda və Rusiya Federasiyası qanunvericiliyində təsbit olunmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlərin görülməsini Rusiya Federasiyası Ombudsmanından xahiş edib.

“Yeni Müsavat” xəbər verir ki, F.Abbasov artıq Bakıdadır və bu günlərdə Real TV-yə sözügedən mövzu ilə bağlı müsahibə verib. Müsahibəsində bildirib ki, ombudsmanın bu məsələ ilə bağlı reaksiyası sevindiricidir: “Bu fəaliyyətləri əvvəl də aparmışıq, yenə də aparacağıq. Burada hər hansı dəstək, kömək, iştirak olsa da, olmasa da, davam edəcəyik. Mənə qarşı təzyiqlər daha çox 2016-cı ildən başlayıb. Təkcə internet təhdidləri deyil. Yolda da üçüncü millətin nümayəndələri qarşımıza çıxıb, bizi təhdid edib”.

F.Abbasov dedi ki, təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə görə, bu təhdidlər də 2016-cı ilin yayında başlayıb: “Bildirilib ki, əgər sən Rusiya kanallarına çıxıb, Ermənistan və ermənilər əleyhinə danışsan, səni də, ailəni də cəzalandıracağıq. Məni yolda təhdid edən erməninin kimliyini müşahidə kamerasından müəyyənləşdirib, adını, fotosunu, pasport şəklini kameralardan tapıb hüquq-mühafizə orqanlarına vermişəm. Yanımda rus əsilli bir vətəndaş şahidim var ikən bunu etmişəm. Faktları hüquq-mühafizə orqanlarına aparmağıma baxmayaraq, bunun heç bir faydası olmayıb. Sadəcə olaraq, bizim Rusiyadakı səfirliyimiz xarici işlər nazirliyinə nota ilə müraciət edib ki, bizim ictimai-siyasi fəaliyyətlə məşğul olan jurnalistimizə təzyiq var. Mən bunu da başa düşürəm. Istər hüquq-mühafizə orqanları, istərsə də prokurorluq o millətin təmsilçiləri ilə doludur”.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

  • 05 mar, 09:35
  • 142
Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu
"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA

"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA

  • 03 mar, 10:51
  • 3 931
"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA
"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova

"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova

  • 02 mar, 16:08
  • 2 146
"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova
"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR

"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR

  • 15 yan, 21:26
  • 424
"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar