Goranboy rayon fermeri birinci vitse-prezidentə səsləndi: "Mehriban xanım, bizə kömək edin. Goranboy rayon icra başçısı Nizaməddin Quliyev bizi məhv edir". - VİDEO

Ölkə başçısı İlham Əliyevin "Fermerlik və kənd təsərrüfatının inkişafına dair" imzaladığı fərmanlar təəssüflər olsun ki, bu gün bəzi məmurlar tərəfindən kifayət qədər ciddiyə alınmır. Bildirmək lazımdır ki, prezidentin bu fərmanının icrasına mane olanlar elə onun özünün təyin etdiyi icra başçılarıdır, amma çox təəssüf ki, cənab prezidentin bu etibarından sui-istfadə edənlər də olur. Bu dəfə

Azerbaycanrealligi.com xəbər saytına müraciət edən Goranboy rayon fermeri Eldar Həsənovdur. O, Goranboy rayon icra başçısı Nizaməddin Quliyevdən şikayətçidir. Fermer iddia edir ki, Goranboy rayon inzibati ərazisinin qiş otlaq sahəsinin Korçay massivinin 1355 hektar ərazisi onun icarəsində olub: "Təəssüflər olsun ki, Goranboy rayonunun hal-hazırdakı icra başçısı Nizaməddin Quliyev mənimlə rəqabət aparmağa başlayıb. O bildirir ki, icra başçısının yaxın adamı olan Yalçın Qarayevə mənim icarəmdə olan otlaq sahəsini məndən alıb ona verəcəyinə söz verilib. Bu məqsədlə də Yalçın İmanovdan xeyli məbləğdə şirinlik də alınıb".

Materialı sayt üçün hazırladığımız zaman əməkdaşımıza anonim gələn zəng hər şeyə aydınlıq gətirdi. Məlum oldu ki, rayon icra başçısı Nizaməddin Quliyev fermer Eldar Həsənovun icrasında olan 1355 hektar otlaq sahəsini artıq ondan alıb, bundan əlavə, həmin sahəni Yalçın Qarayevə vermək məqsədi ilə ondan 15-20 manat pul aldığı da iddia olunur. Zəng edən şəxs bizim çəkiliş və hazırladığımız materialın boşuna sərf olunmuş zaman olduğunu da bildirdi.

Azerbaycanrealligi.com olaraq diqqətinizə çatdırırıq ki, bizim işimiz hər bir vətəndaşın problemini işıqlandırmaqdır. Sözügedən məsələ ilə bağlı şikayətçi olan fermer Eldar Həsənovun videoaçıqlamasını oxucularımıza daha geniş formatda çatdırırıq.

Məsələ ilə Goranboy rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, bu gün iş günü deyil, sözügedən məsələyə bazar ertəsi günü cavab veriləcək. 

VİDEO



Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

  • 05 mar, 09:35
  • 141
Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu
"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA

"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA

  • 03 mar, 10:51
  • 3 931
"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA
"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova

"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova

  • 02 mar, 16:08
  • 2 145
"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova
"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR

"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR

  • 15 yan, 21:26
  • 424
"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar