İki gözdən əlil qocanın ailəsi acından qırılır: “Cənab Sahil Babayev, siz də atasınız...” - Video

03, 03, 19
22:00

İki gözdən əlil qocanın ailəsi acından qırılır: “Cənab Sahil Babayev, siz də atasınız...” - Video

âCÉnab Sahil Babayev, siz dÉ atasınız...â
Azerbaycanrealligi.com Cahan.info-ya isitnadən xəbər verir ki, onların uçuq-sökük, zirzəmi kimi bir zülmət daxması başlarına tökülür. 

Bu dəhşətli, boz, soyuq, istiliksiz, çat vermiş divarlar, tökülmüş tavan, bumbuz döşəmədə iki gözündən əlil, görmə qabiliyyətini tam itirmiş Xanlar kişi, onun məktəbli 4 nəvəsi və uşaqların valideynləri yaşamaq məcburiyyətindədirlər. 

Səbəbi ailənin gözünü iki gözü də görmə qabiliyyətini itirmiş Xanlar kişinin 181 manat pensiyaya dikməsidir. İmkansızlıqdan ailə soyuq, xəstəlik saçan bu evdə yaşayırlar. 

Uşaqların anası Gözəl xanım isə nə evi təmir etməyə imkan tapır, nə də övladlarını məktəbə göndərə bilir. Uşaqların əynindəki nimdaş geyimlər, cırıq, köhnə-küşkül ayaqqabılar göz deşir. 

Bu ürəkparçalayan mənzərəni isə Yevlaxın icra başçısı Qoca Səmədov, yerli sosial müdafiə fondu, məşğulluq mərkəzi və digər aidiyyatı qurumlar seyr etməkdədirlər. 

Gözəl xanım müstəqil jurnalist Xəyyam Salmanzadəyə video müsahibəsində deyib ki, uşaqları məktəbə göndərməyə imkanı yoxdur. Ev isə bu gün-sabahdır, yatdıqları yerdə başlarına uçsa, xəbərləri olmayacaq. 

“Yağış yağanda mətbəxə tökülür. Tavan başımıza tökülür. Pulsuzluqdan qaz yandırmırıq. Bu dörd tifil qarnı ac böyüyürlər. Qaynatam xəstə adamdır. 

Özünüz də görürsünüz, görmə qabiliyyətini itirib. Cəmi 181 manat pensiya alır. O pul olmasa acından qırılarıq. Heç kişiyə dərman almağa pul yoxdur”, - deyə Gözəl xanım bildirir. 

Qaraməmmədli kənd sakinlərinin bu acınacaqlı vəziyyətinə Yevlax İH tərəfindən heç bir reaksiya verilməyib. Q.Səmədov bu ailənin sosial müavinətlə təmin olunması, özünüməşğulluq proqramına cəlb edilməsi üçün köməklik göstərə bilərdi. 

Amma başı Yevlaxdakı restoranlarının alverinə qarışıb. Bəlkə heç Qaraməmmədli kəndinin yolunu tanımır. 

Xanlar kişinin ailəsi ümidini prezidentə və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə bağlayıb. Dörd uşaq anası nazirə müraciətində yalvarır ki, onlara köməklik olunsun. 

Prezidentin vətəndaşların qayğısına qaldığını, əhalinin sosial şəraitinin yaxşılaşmasına fərmanlar verdiyini deyən kənd sakini bu dəstəkdən onların da faydalanmasını xahiş edir. 

“Cənab Sahil Babayev, bilirik ki, üzərinizdə yük çoxdur. Son fərmanlar, qərarlardan sonra çoxsaylı müraciətlər alırsınız. Ona görə hamısını bir-bir izləmək, araşdırmaq vaxt baxımdan çətindir. 

Ancaq bizim ağır vəziyyətimiz göz qabağındadır. Bu barədə nazirlik Yevlaxın sosial müdafiə mərkəzinə, sosial müdafiə fonduna, məşğulluq mərkəzinə tapşırıqlar verə bilər. Biz səfalət içində yaşayırıq. Uşaqlara yeməyin birini verirəm, birini verə bilmirəm. 

Onlar da parkda gəzmək, təzə paltar geyinmək, məktəbə getmək, şiriyyatlar, oyuncaqlar istəyirlər. Amma mən bir valideyn kimi bunları qarşılaya bilmirəm. 

Cənab nazir, siz də bir valideynsiniz, nazirlikdə işləyənlər də hərəsi bir ata, anadırlar, övladı məhrumiyyət içində yaşatmağın nə olduğunu bilirlər. Sizə yalvarıram, bizi möhtac içində yaşamaqdan xilas edin”. 

Bu video kadrlar göstərir ki, təcili şəkildə ƏƏSMN, Təhsil Nazirliyi, Yevlax RİH və digər qurumlar ailəyə kömək etməli, uşaqların təhsil alması üçün şərait yaratmalıdırlar.

Ölkənin maliyyə resursları bu ailənin də normal yaşamasına rəvac verir. Yevlaxın icra başçısı prezidentin fəaliyyətinə bir nəzər salıb, öz əməlləri ilə müqayisə edə bilər. 

Ölkə başçısı Azərbaycanda bir nəfər də yoxsul, işsiz adam qalmasını istəmir. Amma Q.Səmədov kimi məmurlar yerlərdə biganəlik göstərir, vətəndaşı saymır, problemini həll eləmir, nəticədə ailə intihar həddinə çatır. 

Xanlar kişinin nəvələri, ailəsi yaxşı yaşamağa layiqdir. Onlar ümidi S.Babayevə bağlayıblar və nazirin reaksiyasını gözləyirlər.

VİDEO


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın