Xalq Hərəkatının öncüllərinin maşınını yumurta atəşinə tutdular.

03, 03, 19
13:47

Xalq Hərəkatının öncüllərinin maşınını yumurta atəşinə tutdular.


Azerbaycanrealligi.com saytı xəbər verir ki, Xalq Hərəkatının yaradıcılarından olan tanınmış rəhbər şəxslər bölgələrə gedərkən onların maşınının qarşısı kəsilərək yumurta atəşinə tutulub. Bu haqda Xalq Hərəkatının idarə heyətinin üzvü Gələcək Azərbaycan Partiyasının sədri gənc siyasətçi Ağasif Şakiroğlu məlumat verib. Ağasif bəyin facebook hesabında bu haqda yazdığı statusu oxucularımızın diqqətinə təqdim edirik:

"Bir qədər əvvəl Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvləri(mən, İsgəndər Həmidov, Nemət Pənahlı, Mətləb Mütəllimov, Rəşid Nazim, Vasif Sadıqbəyli və digərləri) Masallı və Lənkəran şəhərlərinə doğru yollanmışdıq. Məqsədimiz də Hərəkatın Masallı, Astara, Lənkəran və Yardımlı şöbələrini təsis etmək idi. İlk öncə Masallı, daha sonra Lənkəran şəhərlərinin girişində bir qrup polis və mülki geyimli şəxslər mən və İsgəndər Həmidovun əyləşdiyi maşını yumurta atəşinə tutaraq şəhərlərə girişimizi əngəllədilər. Bizim iştirakımız baş tutmasa da, digər əqidədaşlarımızın iştirakı ilə Masallı şəhərində Azərbaycan Xalq Hərəkatının təsis konfransı baş tutub. Bölgədə konfranslarımız hazırda davam edəcək. Son olaraq onu da xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, öyrədilmiş “vətəndaşlara” yumurtanı göz görə-görə polis əməkdaşları verdi və tərəddüd edən “vətəndaşlara” "ATIN YUMURTALARI" komandasını da verən şanlı polis əməkdaşları idi.

P.S: Video fakt var, heç kim bu faktı inkar etməyə çalışmasın!"

Hazırladı: Cəfərova Günel

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın