sitename

Azərbaycan Ordusu cəbhədə HƏRƏKƏTƏ KEÇDİ... - İrəvanda Qarabağ TOQQUŞMA


Azərbaycan Ordusu cəbhədə HƏRƏKƏTƏ KEÇDİ... - İrəvanda Qarabağ TOQQUŞMASI

Ermənistanda Dağlıq Qarabağ münaqişəsi üzrə daxili haçalanma dərinləşir.

Azerbaycanrealligi.com Publika.az-a isitnadən xəbər verir ki, indiyə qədər "Qarabağ klanı” baş nazir Nikol Paşinyanın yumşalma siyasətinə qarşı çıxırdısa, indi prezident Armen Sarkisyan da eyni cəbhəyə dəstək verir.

Ermənistan prezidentinin məsləhətçisi Tevan Poqosyan feysbuk səhifəsində erməni ordusunun təcrübəsizliyi haqqında danışıb.

"2018-ci ilin yay çağırışından altı aydan çox keçib. Altı ay əvvəl yeni xidmətə başlayan əsgərlər hətta barıt qoxusu ilə tanış deyillər, onlarda hələ ki rəqibin atəşlərinə cavab təcrübəsi yoxdur. Təcrübəsizlik həmişə qorxu doğurur. Ümid edirəm ki, bizim ordumuzda qorxunun ölçüsü üzrə çarə var, əks halda, anlayırsınızmı ki, təcrübəsizliyə görə hansı vəziyyət yaranacaq”, - deyə o qeyd edib.
Poqosyandan sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin "rəhbəri”nin "mətbuat katibi” David Babayan iddia edib ki, "təmas xəttində sakitlik hökm sürsə də, Azərbaycan müharibə planından əl çəkməyib, cəbhədə mühəndislik işlərinin həyata keçirilməsi də bunu təsdiqləyir”.

Bu iki bəyanat və Dağlıq Qarabağ münaqişəsi ətrafında müşahidə olunan yumşalma fonunda Ermənistan daxilində siyasi baş verən siyasi intriqalar diqqət çəkir.

Erməni şərhçi Aram Amatuni yazır ki, Poqosyanın və Babayanın sözləri mesaj xarakteri daşıyır. Bu, mesaj kimə ünvanlanıb.

Erməni şərhçilər hesab edirlər ki, hədəfdə münaqişənin həlli üçün danışıqlara hazır olan baş nazir Nikol Paşinyandır.

"Xüsusilə həmsədrlərin regiona səfəri və Paşinyanla görüşündən sonra bu fikirlərin gündəmə gəlməsi təsadüfi deyil. Qarabağ məsələsi daxili siyasətdə həmişə olduğu kimi yenə də əsas faktor olaraq qalır”, - deyə o qeyd edib.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
  • 4 082
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
  • 1 027
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

  • 01 sen, 15:00
  • 1 819
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

  • 28 avq, 14:00
  • 2 027
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar