Nərimanovda günorta çağı “yaşıl soyqırımı” – Fotolar

20, 02, 19
22:00

Nərimanovda günorta çağı “yaşıl soyqırımı” – Fotolar


Bakının Nərimanov rayonu, Atatürk prospektində ağacları kəsərək yerini şumlayıblar. Reportyor.info xəbər verir ki, bu faktı əks etdirən fotolar sosial mediada yayılıb. Şəhərin mərkəzində günün günorta çağı yaşıllıqları məhv edərək ərazinin torpaqlanması bu massivin satılmasına hazırlıq getməsindən xəbər verir. Paytaxtın tən ortasında ağacların qırılmasını nədənsə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də görməyib, Nərimanov rayon İcra Hakimiyyəti də fikir verməyib. Görəsən, bu özbaşınalığı həyata keçirənlər hardan, kimdən icazə alıblar ki, yaşıllığı qırıblar?! Nərimanov rayonunda daşı daş üstünə qoymaq üçün RİH-dən icazə alınmalıdır. Bəs necə olub ki, onların izni olmadan ağaclar doğranıb? Hər halda rəsmi qurumlar buna daha yaxşı izahat taparlar. Onlar ən absurd qanunsuzluq faktlarına da cavab hazırlaya bilirlər. Yəqin bu ağacları hansısa quldur dəstəsi doğrayıb, sadəcə icra başçısı Abdin Fərzəliyevlə müavini Şahmar İbadov onların axtarışındadır.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın