Fevralın 19-u Bakıya qar yağacaq - HAVA PROQNOZU

16, 02, 19
19:46

Fevralın 19-u Bakıya qar yağacaq - HAVA PROQNOZU


Dünyanın nüfuzlu weather.com saytının mobil telefonlardakı əlavələri fevralın 19-da Bakıya qar yağacağını proqnozlaşdırır.


Son günlər bölgələrdə və paytaxt Bakıda da qeyri-sabit hava şəraitinin keçməsi bu ehtimalı artırır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova açıqlama verib. Qurum rəsmisi bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində hava şəraiti qeyri-sabitdir:

"Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar müşahidə olunur. Yağıntılı hava şəraiti fevralın 17-si günorta saatlarına qədər davam edəcək. Əgər hər hansı dəyişiklik olarsa, qar gözlənilərsə, əlavə məlumat verəcəyik".


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın