Yerevanda ermənilər rusiyalı gənclərə inqilab etməyi öyrədirlər - VİDEO

16, 02, 19
19:37

Yerevanda ermənilər rusiyalı gənclərə inqilab etməyi öyrədirlər - VİDEO

Rusiyanın “Pervıy kanal” telekanalında Yerevanda baş tutmuş bir seminardan reportaj nümayiş etdirilib. Həmin seminarda Nikol Paşinyanın inqilabının əsas fiqurları Rusiyadan gəlmiş gənclərə dövlət çevrilişlərinin necə edildiyini öyrədiblər.
Virtualaz.org xəbər verir ki, təşkilatçılar tədbirin gizli keçirilməsini nə qədər arzu etsələr də, “Russia Today” telekanalının apardığı gizli çəkiliş onların planlarını pozub. Rusiyalı jurnalistlər aydınlaşdırıblar ki, Ermənistanda bu cür tədbirlərin keçirilməsi üçün pul ABŞ tərəfindən ayrılır.

“Foruma Peterburqdan küçə fəalları, Ermənistan çevrilişinin “ulduzları” dəvət olunub, - “Pervıy kanal”ın reportajında deyilir. – Tam dörd gün onlara etiraz mexanikası və bu işə adam cəlb etməyin yolları öyrədilib. İştirakçılardan sosial şəbəkələrdə məşğələlərin təfərrüatlarının dərc edilməməsi xahiş olunub ki, “buraya əlində telekameralar olan rusiyalılar daxil olmasınlar”. Lakin məhz seminara daxil olmağa müyəssər olmuş rusiyalı jurnalistlər burada baş verənləri lentə alıblar. Ən kədərli olan isə odur ki, buraya toplaşanlar heç də etirazçı rusiyalı gənclər deyil, adi biganə şəxslərdir.
Seminarları Praqa Vətəndaş Mərkəzi keçirir. Onlar “Amerikanın əleyhdarlarına sanksiyalar vasitəsilə qarşılıq verilməsi haqqında” qanuna müvafiq olaraq, ABŞ Konqresi tərəfindən maliyyələşdirilirlər. Və Praqa Vətəndaş Mərkəzi kimi təşkilatlar az deyil”.
Süjetdə vurğulanır ki, amerikalılar Ukrayna və Venesuelada da təxminən bu sxem üzrə çevrilişlər hazırlayıblar.

VİDEO


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın