sitename

18 yaşlı tələbə qızı öldürdüyü deyilən infeksiya: Leptospiroz - Heyvandan keçən bakteriyanın əlamətləri

18 yaÅlı tÉlÉbÉ qızı öldürdüyü deyilÉn infeksiya: Leptospiroz - Heyvandan keçÉn bakteriyanın ÉlamÉtlÉri
18 yaşlı tələbə qız Nərdanə Tağızadənin bu vaxta kimi adını eşitmədiyimiz Leptospiroz adlı infeksiyadan vəfat etməsi barədə məlumat yayılıb. Belə ki, həkimlər qızın əvvəlcə " donuz qripi” virusuna tutulduğundan şübhələnsələr də, sonradan analizlərdə bu virusa yoluxma aşkarladıqlarını bildirdilər.

Lakin gün ərzində Səhiyyə Nazirliyinin verdiyi açıqlamada xəstənin Leptospirozdan ölmədiyi barədə məlumat verildi.
Leptospiroz nədir, niyə bu xəstəlik insan ölümünə səbəb olur.

Azerbaycanrealligi.com
medicina.az-a istinadla bu barədə araşdırmanı təqdim edir.
Leptospiroz – heyvanlara xas infeksion xəstəlikdir, lakin heyvandan insana da ötürülə bilir. Bakteriyanın adı Leptospirdir, 10 oyadıcı növü var.
Bu bakteriya daha çox siçanlarda, itlərdə, xırdabuynuzlu heyvanlarda, iri buynuzlu mal-qarada, qabanlarda olur.

Yoluxma yolu:

Bakteriya xəstə heyvanın orqanizmindən sidiklə çıxır və açıq havada həftələrlə, aylarla yaşaya bilir. Suda, torpaqda məhv olmur. İnsanlar bu bakteriya ilə heyvanın sidiyi ilə təmasda olduqda və ya bakteriyanın olduğu su və ya mühitə əl-ayağını vurduqda, dəri və selikli qişa vasitəsilə yoluxur. Məsələn, insan xəstə heyvanın sidiyi olan axr olmayan suda çimərsə yoluxa bilər.
Leptospiroz – həm də peşə xəstəliyidir. Daha çox veterinarlarda, heyvanlarla işləyənlərdə, fermerlərdə, eləcə də su hövzələri, kanalizasiya sistemində çalışanlarda rast gəlinir.
Son dövrlərdə isə durğun sular olan yerlərə insanların gəzintisi zamanı bu virusa yoluxma hallarının çox olması barədə qeydlər var.

Xəstəliyin əlamətləri:

Leptospiroz – simptomsuz yüngül formadan tutmuş ən ağır formalarla belə özünü göstərə bilər.
Çox insanlar bu xəstəliyi yüngül keçirir.
Ağır forması yüksək hərarət, baş ağrısı, əzələ ağrısı. Qanaxma, qansızma, qarında ağrılar, ishal, qusma ilə gedir. Nadir halda öskürək olur, amma qanlı bəlğəm gəlir. Çünki bu bakteriya kiçik qan damarlarında qansızma yaradır. Ən birinci əlaməti: xəstənin gözlərinin içinin qızarması. qan çəkməsidir. Xəstənin qol və ayaqlarında qırmızı ləkə kimi səpkilər əmələ gəlir.
İlk başda qripə bənzəyir. Ona görə xəstə sadəcə qrip olduğunu düşünüb həkimə getmir.
Çox az sayda insanda kəskin forma çox ağır, həyati təhlükəli ağırlaşmalar verir: meningit, tənəffüs çatışmazlığı, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı.
Əgər bu ağırlaşmalar baş verərsə xəstə təcili reanimasion tədbirlərə götürülür. Çox nadir halda olsa da Leptospiroz-dan ölüm ola bilər.
Adətən xəstəlik özünü bakteriya yoluxmadan və kontaktdan 1-2 həftə sonra göstərir. Simptomlar isə 10 gündən çox davam edə bilər.

Diaqnoz:

Bunun üçün xüsusi laborator qan, sidik analizləri aparılır.
Xəstənin daxili orqanları yoxlanılır. Anamnez toplanılır.

Müalicəsi

Antibiotiklərlə təyin edilir. Eləcə də virus əleyhinə müalicə, ümumi immunitet möhkəmləndirici terapiya aparılır. Xəstələr adətən evdə müalicə alırlar.





Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 173
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

  • 24 mar, 15:16
  • 1 491
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR) 
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

  • 24 mar, 14:27
  • 3 310
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar
Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi

  • 23 mar, 20:01
  • 1 031
Aydın Xırdalanlı vəfat etdi
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar