Milyardları talayıb ölkədən çıxaran eks-məmurların xaricdə nələri var?

07, 02, 19
21:05

Milyardları talayıb ölkədən çıxaran eks-məmurların xaricdə nələri var?


Fazil Məmmədovun dəbdəbəli hotelləri, Arif Alışanovun restoranları...

Sabiq vergilər naziri Fazil Məmmədovun Belarus paytaxtında daha bir oteli üzə çıxıb. Minskdə Belarus Daxili İşlər Nazirliyinin yanında yerləşən hotel “Buta Butik” adlanır. Bu haqda məlumatı müstəqil jurnalist Cavanşir Həsənli öz “facebook” səhifəsindən paylaşıb.
Jurnalist sabiq nazirin hoteli haqda “Bütün belarusları heyrətə gətirib. Fantastik vəsait xərclənib” deyə, qeyd edib.

Jurnalist daha sonra yazır: “Hotelin cəmi 35 nömrəsi var. 20-si standart, üçü lüks suit, biri prezident nömrəsi. Binanın foyesində 30 metrlik 9 ton (!) ağırlığında lüstr asılıb. Bir neçə min kristaldan və 560 led işıqdan ibarətdir, Türkiyədən gətirilib”.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Fazil Məmmədovun Ukraynada və Litvada böyük biznesinin olduğuna dair məlumatlar yayılmışdı. Ümumilikdə Fazil Məmmədovun ölkədən 4 milyard yarım “qara pul” qaçırmağı bacardığı haqda təkzib olunmayan məlumatlar var. Sabiq nazirin kurort məkanları ilə tanınan ölkələrdən bir çoxunda biznesləri müəyyən edilib. Fazil Məmmədov Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq nömrə icarəsi 220 avrodan başlayır.  Bir qədər aralıda, Puşkin küçəsindəki “Vladimirski” bazarı da Azərbaycanın sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Bu məlumatlar da bu günə qədər təkzib edilməyib.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàfazil mÃÂmmÃÂdov
Sabiq nazirin Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır. Truskovetsin ən yaxşı hotellərindən hesab olunan “Mir” hoteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub.  1 il 2 aydır ki, Fazil Məmmədov vəzifədə deyil, bu müddət ərzində onun əmlakları haqda məlumatlar bitib tükənmir. Bu gedişatı sabiq nazirin oğurluqlarının miqyasının göstəricisi də hesab etmək olar.
Azərbaycanda Fazil Məmmədov kimi iştahlı məmurlar az olmayıb. Eldar Mahmudov, onun qudası Cahangir Hacıyev, Ziya Məmmədov, onun qudası Heydər Əsədov, Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərov, “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanov Fazil Məmmədovdan geri qalmayıblar. Vəzifələrinin imkan verdiyi qədəri ilə əllərinə keçən dövlət vəsaitlərini oğurlayıblar.
Bu adamların Azərbaycan büdcəsindən oğurladıqları vəsait milyardlarla manatı aşır.
Ziya Məmmədov vəzifədə olduğu illərdə onun büdcə oğurluqları haqda Azərbaycanda yazmayan az mətbuat orqanı olardı. Bu gün Ziya Məmmədovun büdcədən taladığı milyardların hesabına oğlu Anar Məmmədov xaricdə kef çəkir.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàZiya MÃÂmmÃÂdov
Ziya Məmmədov Nəqliyyat Nazirliyinin ayrıca qurum kimi fəaliyyət göstərdiyi, yol monopoliyasına nəzarət etdiyi dönəmdə yol infrastrukturunun yaxşılaşdırılması üçün büdcədən ümumilikdə 27 milyard 300 milyon dollar vəsait ayrılıb. Həmin məbləğin 20 milyard dolları 2004-2014-ci illərdə xərclənib. 7 milyard milyard 300 milyon dollar isə müxtəlif vaxtlarda ayrılıb və xərclənib. Bu hələ Azərbaycan büdcəsindən ayrılan və Ziya Məmmədovun əlindən keçən vəsaitlərdir. Xarici ölkələrdən alınan milyardlarla kreditlər  bura daxil deyil. Ziya Məmmədov Nəqliyyat Nazirliyinə rəhbərlik etdiyi dönəmlərdə qurumun icraçısı olduğu bütün yol-tikinti layihələri ona yaxın adamlara məxsus şirkətlər ötürülrdü. “Qələbə” meydanında müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi və tikintisi üçün 2010-cu il – 225 milyon, 2011-ci il – 80 milyon, 2012-ci il – 40 milyon, 2013-cü il – 62 milyon, 2014-cü il – 5 milyon manat ayrılıb. Neftçilər prospektində 6 ədəd və digər küçələrdə 5 ədəd yeraltı keçidlərin layihələndirilməsi və tikintisi üçün 2010-cu ildə 37 milyon, 2011-ci ildə isə 15 milyon manat, Qusar-Ənik-Ləzə-Suvar avtomobil yolunun tikintisinə 2010-cu ildə 10 milyon, 2011-ci ildə 10 milyon, 2012-ci ildə 19 milyon 650 min, 2013-cü ildə 50 milyon, 2014-cü ildə isə 20 milyon manat vəsait ayrılıb. Hazırda milyardlarla vəsait xərclənən yollar bərbad vəziyyətdədir. Fazil Məmmədov kimi Ziya Məmmədovun da iri hotel, restoran şəbəkələri var. Onun ailəsinə məxsus “Garant Holding”in büdcəsinin Ziya Məmmədovun yol verdiyi yeyintilər hesabına formalaşması da reallıqla ciddi əlaqəsi olan ehtimallardandır.
ÃÂþÃÂþöõõ ø÷þñÃÂðöõýøõ
Onun qudası Heydər Əsədovun Bakıda bir neçə qiyməti  10 milyon manatlarla qiyməti ölçülən villaları, malikanələri var. Bu haqda mətbuatda H.Əsədov nazir olarkən yazılıb. Paytaxtın Binəqədi rayonu “Vorovski” qəsəbəsində olan villalardan biri 5 mərtəbəlidir, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villa isə 2 milyon manata tikilib. Heydər Əsədovun Bakının “Milyonerlər məhəlləsi” adlanan məkanında da, Bakının Səbayel rayonundakı məşhur “Torqovı” küçəsində də böyük evləri var. Əlbəttə ki, həmin evlər, mənzillər Heydər Əsədov nazir postu tutarkən alınıb. rəhbərlik etdiyi nazirliyin nəzdindəki təkcə “Aqrolizinq”ə son bir neçə ildə hər il 400 milyon manat ayrılıb. Bu, Heydər Əsədova tabe olan bir quruma hər il ayrılan məbləğdir və bu pullar onun əlindən keçib, onun dərkənarına əsasən xərclənib. Belə bir halda Heydər Əsədovun Bakının dörd bir tərəfindəki prestijli məhəllələrdə 5-6 milyon dəyərindəki villalarına xərclənən məbləğlərin mənbəyini axtarmaq üçün münəccimliyə ehtiyac yoxdur. Korrupsiya ortalıqdadır.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàEldar Mahmudov
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun korrupsiya imkanları Fazil Məmmədovdan, Ziya Məmmədovdan, Heydər Əsədovdan daha geniş olub. MTN-ə rəhbərlik etdiyi 11 il ərzində Mahmudov əksər nazirləri özünə tabe etdirə bilmişdi. Onların gəlir-çıxarları belə onun nəzarətindən kənar deyildi. Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırılıb və oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilmişdi. Bilinən o idi ki, təkcə A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı rəsmi vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub. Qeyri-rəsmi məbləğlər nə qədər olub sualı bu gün açıqdır. Əgər Fazil Məmmədov, Ziya Məmmədov büdcədən bir neçə 10 milyardı yayındırıb xaricə çıxara bilblərsə, onların qeyri-rəsmi başçısı Eldar Mahmudovun oğurluqlarının miqyası haqda da təsəvvürlər yaranır.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàCahangir Hacñyev
Onun qudası,  Beynəlxalq Bankın keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin üzləşdiyi son ittihamlar 4 milyard 700 milyon manatın mənimsənilməsi ilə əlaqədardır. Düzdür, Hacıyev iddia edir ki, həmin pulları mənimsəməyib. O banka rəhbərlik etdiyi dövrdə sağa-sola milyardlarla dollarlıq kredit verilməsi ilə bağlı məlumatlar yayılırdı və Hacıyev həmin məlumatları təkzib etmirdi. Digər tərəfdən həbsindən sonra həyat yoldaşı Zamirə Hacıyevanın Londonda istintaqa çəkilməsi Cahangir Hacıyevin nə dərəcədə səmimi olmasını da ortaya qoyur. Təkcə Zamirə Hacıyevanın 42 milyon funta – 100 min manatdan artıq pul xərcləyərək “Gulfstream G550 jet” təyyarəsi alması Azərbaycandan xaricə milyonların, milyardların daşınmasının təsdiqi hesab etmək olar.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàZamiràHacñyeva
Bu Zamirə Hacıyevanın Londonda 1 təyyarənin alışına xərclədiyi puldur. Onun Londonda illərlə ən bahalı mağazalarda 100 milyon manatı aşan alış-verişi, bahalı evlər, maşınlar, qızıl-zinət əşyalarını almasını da bura əlavə etsək, büdcə oğurluqlarının miqyasını görə bilərik.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàArif AlñÃÂanov
Arif Alışanov “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə 16 avqust 2006-cı ildə təyinat almışdı. Bu ilin əvvəlində vəzifədən çıxarılan da onun adı 100 milyon manatlıq cinayət işində keçirdi. 2018-ci ilin əvvəlindən Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovun adı keçən qalmaqallı cinayət işi araşdırılırdı. Məhkəmə qarşısına Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov çıxarılmışdı. Təqsirləndirilənlər Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə ittiham olunurdular. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Arif Alışanovla bağlı xeyli ilginc faktlar ortaya çıxmışdı.  Məsələn, məlum olmuşdu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalın rəhbəri Şamaxı rayonunda 4 il ərzində təxminən 10 milyon manatlıq torpaq alıb. Bundan başqa, onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. Həmin sahələrin qiyməti də təxminən 10 milyon manatlarladır. O da məlum olmuşdu ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Bu biznesdən də onun illik 10 milyon manata yaxın gəliri olub. Onun Ukraynada bir neçə restoranı olduğu da deyilir.
Ziya Məmmədovun uzun illər müavini olmuş Arif Əsgərovun hansı sərvətin sahibi olmasını ortaya qoyan məhkəmə işini xatırlayaq.

Arif Əsgərovun oğlu Elnar Əsgərov dəmir yolunun təchizatı adı ilə müxtəlif şəxslərdən öz xalası uşaqları - Emil və Rahib Hüseynovların üzərindən milyonlarla manat pul alıb. Sonradan isə həmin pullar mənimsənilib və iş məhkəmə müstəvisinə qədər gedib çıxıb. Məhkəmədə isə aydın olub ki, Arif Əsgərov iş üzrə təkcə zərərin ödənməsi üçün 21 milyon manat pul ödəyib. Onun qiyməti milyonlarla ölçülən villaları, torpaq sahələri, xaricdəki mülkləri haqda da xeyli məlumatlar var. Fakt odur ki, Arif Əsgərovun adı böyük korrupsiya qalmaqallarına qarışıb və o, vəzifədən çıxıb rahat şəkildə evinə gedib.  Vaxtilə onun rəhbəri olan Ziya Məmmədov haqda da eyni sözləri demək olar. Sadəcə, Ziya Məmmədovun mal-mülkünü, pul-parasını Arif Əsgərovla müqayisə etmək olmaz. Ziya Məmmədov təkcə “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında siqnalizasiya avadanlıqlarının təchizatı və quraşdırılmasına dair müqavilədən 100 milyon dolları “otkat”a çevirə bilmişdi. 340 milyon dollarlıq müqavilənin 100 milyon dollarının davasını aparan İsveç prokurorlarının sonradan səsi də çıxmadı. Yeri gəlmişkən mətbuatda Arif Əsgərovun Türkiyədə otellərinin olması haqda mətbuatda yazılar dərc olunub və bu günə qədər təkzib olunmayıb.

Bu gün büdcədən oğurlayanlardan yalnız Cahangir Hacıyev həbsdədir, qalan sabiq məmurlar isə oğurladıqlarını xərcləməkdədirlər...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın